Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öncə Türkiyə, sonra Rusiya, axırda Ukrayna: Zelenski bunu "məntiqsizlik" adlandırıb
Öncə Türkiyə, sonra Rusiya, axırda Ukrayna: Zelenski bunu "məntiqsizlik" adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Quterreşin həftə ərzində Moskva və Kiyevə gedəcək və üçüncü ayına qədəm qoyan işğalda sülh ümidi axtaracaq.

Bizimyol.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterres Moskva və Kiyev görüşləri öncəsi prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu gün Ankaraya gələcək.

Sözügedən səfər Türkiyənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına “Dünya 5-dən böyükdür” etirazını yüksək səslə səsləndirdiyi dövrə təsadüf edir. Müharibənin bitməsi üçün dialoq prosesini başlatmaq istədiyini deyən Quterreşin Ankara səfəri bu mənada diqqət çəkir.

Antoniu Quterreş Antoniu Quterreş

İşğal başlayandan sonra ilk dəfə Ukrayna və Rusiya xarici işlər nazirlərini Antalyada bir araya gətirən Türkiyə İstanbulda iki ölkənin danışıqlar heyətlərini də qəbul edib. İşğalı pisləyən Ankara iki ölkə liderlərini bir masa ətrafında görüşdürmək üçün səylərini davam etdirir.

Türkiyə ilə danışıqlardan sonra Quterreş sabah Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək. Cümə axşamı isə o, Kiyevdə prezident Vladimir Zelenski ilə görüşəcək. Hər iki səfər Quterreşin işğalın başlanğıcından bəri böhranın həlli istiqamətində ilk böyük addımı olacaq.

Quterreş işğal başlayandan bəri yalnız bir dəfə, martın 26-da telefonla Zelenski ilə əlaqə saxlayıb. Putin isə BMT-nin baş katibi ilə əlaqə saxlamaqdan imtina edib.

Zelenski həmçinin Quterreşi Rusiyanı ilk dayanacağına çevirdiyinə görə tənqid edib. “Bu qərarın məntiqi yoxdur, müharibə Ukrayna ərazisində gedir. Moskva küçələrində heç bir cəsəd yoxdur. Məntiqlə ilk növbədə buraya gəlib, danışığa başlamazdan əvvəl işğalın nəticələrini görmək olardı”,- deyə Zelenski qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »