Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ diplomatları bir həftə ərzində Ukraynaya qayıda bilər
ABŞ diplomatları bir həftə ərzində Ukraynaya qayıda bilər

Amerikalı diplomatik işçilər gələn həftə Ukraynaya qayıdacaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar günü "Reuters" agentliyi ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bu cür təminatlar bazar günü Kiyevə səfərlə gələn ABŞ dövlət katibi Entoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostinin Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar zamanı verilib.

Verilən məlumata görə, ABŞ prezidenti Co Bayden aprelin 25-də Amerikanın Kiyevdəki səfiri vəzifəsinə Bridcet Brinkin namizədliyini rəsmən irəli sürəcək. Öz növbəsində, Agence "France-Presse" xəbər verir ki, namizədliyin irəli sürülməsi yaxın günlərdə açıqlanacaq.

Brink hazırda ABŞ-ın Slovakiyadakı səfirliyinin rəhbəridir. ABŞ-ın Kiyevdəki səfiri postu 2019-cu ilin may ayından, onu tutan Mari Yovanoviç Vaşinqtona geri çağırılandan bəri boşdur. Yovanoviç 2016-cı ildə prezident Barak Obamanın dövründə Ukraynaya təyinat alıb. 2019-cu ilin mayında o, onu xəyanətdə ittiham edən o zamankı dövlət başçısı Donald Trampın şəxsi xahişi ilə vəzifəsindən geri çağrılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »