Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada prezident seçkilərinin nəticələri açıqlanıb
Fransada prezident seçkilərinin nəticələri açıqlanıb

Dünən Fransada prezident seçkilərinin ikinci turu keçirilib. Seçici fəallığı az olsa da, seçki baş tutmuş hesab olunub. Fransa prezidenti Emmanuel Makron prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasından sonra 58,55% səs toplayıb.

Bizimyol.info xəbər verir ki, müvafiq məlumatlar bazar ertəsi Fransanın Daxili İşlər Nazirliyinin saytına yerləşdirilib.

“Milli Assosiasiya”nın namizədi Marin Le Pen 41,45% səs toplayıb. Ötən gecə siyasətçi artıq ikinci turda rəqibinə zəng edərək onu seçkilərdə gözlənilən qələbə münasibətilə təbrik etmişdi. Eyni zamanda tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edən Le Pen bu nəticəni partiyanın tarixi uğuru adlandırıb və bu ilin yayında keçiriləcək parlament seçkilərində mübarizəni davam etdirəcəyinə söz verib.

Departament qeyd edir ki, “məlumatların yüzdə bir hissəsinə yuvarlaqlaşdırıldığına görə, emalın son səviyyəsi 100%-ə çatmaya bilər”. Bu və ya digər şəkildə Fransa Konstitusiya Şurası yekun nəticələri həftənin ortasında elan etməli olacaq.

Bu arada Daxili İşlər Nazirliyi ölkə üzrə seçicilərin 71,99%-nin iştirak etdiyini bildirir. Eyni zamanda, artıq emal olunmuş bülletenlərin 8,6%-nin yararsız və ya boş olduğu üzə çıxıb. İndiyədək bu, Beşinci Respublikada prezident seçkilərinin ikinci turu tarixində ən aşağı səviyyəli seçici fəallığından biri kimi qiymətləndirilib.

Daha az fəallıq yalnız 1969-cu ildə, seçicilərin yalnız 68,9%-i seçki qutularına gələndə olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »