Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırıb

BMT-nin Ukrayna üzrə koordinatoru Amin Avad dinc əhalinin evakuasiyası üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

APA-nın verdiyi xəbərə görə, A. Avad Mariupolda qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, on minlərlə insanın qaldığını bildirib.

BMT rəsmisi qeyd edib ki, insanların həyatlarını xilas etmək üçün hazırda əməliyyatları dayandırmaq vacibdir: “Biz nə qədər çox gözləyəcəyik, daha çox insan həyatı təhlükə ilə üzləşəcək. Onlara indi, bu gün evakuasiya üçün icazə vermək lazımdır. Sabah çox gec ola bilər ”.

Son xəbərlər
Bütün xəbərlər »