Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: "Baydenin "erməni soyqırımı" barədə bəyanatı tarixi təhrif etməkdir"
Türkiyə XİN: "Baydenin "erməni soyqırımı" barədə bəyanatı tarixi təhrif etməkdir"

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması ilə bağlı açıqlama yayıb.

APA-nın xəbərinə görə, Türkiyə XİN bildirib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi faktlarla və beynəlxalq hüquqla bağlı olmayan açıqlamalar etibarlı deyil, tarixi faktları siyasi şərhlərlə saxtalaşdıran, təhrif edən bəyanatları və qərarları rədd edir, bu səhvdə israr edənləri qətiyyətlə qınayırıq.

Qeyd olunub ki, bu sıraya ABŞ prezidenti Co Baydenin 2021-ci ildə etdiyi səhvi təkrarlayan bugünkü uğursuz bəyanatı da daxildir: “Tarixdə düşmənçilik yaratmaqdan başqa heç bir məqsədə xidmət etməyən birtərəfli və qərəzli yanaşmalar mənəvi baxımdan problemlidir və siyasi motiv daşıyır. Türkiyə ermənilər də daxil olmaqla, bütün Osmanlı əhalisinin çəkdiyi əziyyətləri hörmətlə xatırlayır. Biz bu ağrıları siyasiləşdirmək cəhdlərini rədd edirik. Türkiyə 1915-ci il kimi hadisələrin qərəzsiz, obyektiv, elmi və hüquqi çərçivədə araşdırılmasını vacib sayır. Türkiyə bu məqsədlə müştərək tarix komissiyasının yaradılmasını təklif edib və bütün arxivlərini açıb. Türkiyə bölgədə və dünyada sülh və sabitliyin olması, əməkdaşlıq ruhunun ön plana çıxması üçün çalışır. Ermənistanla başlayan normallaşma təşəbbüsü də bu konsepsiyanın növbəti təzahürüdür”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »