Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Bizimyol.info”ya verilən məlumata görə, ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 646 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 143 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 820, bu günə qədər isə ümumilikdə 6 794 952 test icra olunub.

Son xəbərlər
Bütün xəbərlər »