Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna Putinin boğazına sarılmış ilgəkdir" - Aleksandr Nevzorov
"Ukrayna Putinin boğazına sarılmış ilgəkdir" - Aleksandr Nevzorov

Rusiya jurnalisti Aleksandr Nevzorov bildirib ki, Rusiya əhalisinin əksəriyyəti Ukraynadakı soyqırımı dəstəkləyərkən “sovet vətənpərvərlik” tərzi nümayiş etdirirlər. Onun fikrincə, bu, Rusiya Federasiyası vətəndaşlarına müharibəyə obyektiv baxmağa imkan vermir. Tanınmış jurnalist ritorik suala çıxış edib ki, "həmvətənləri küçədə uşağı parçalamağa çalışan dəli bir yekəpər görsələr, kimin tərəfini tutarlar?".

Bizimyol.info xəbər verir ki, Nevzorov bu fikirləri publisist Yuliya Latınina ilə söhbəti zamanı səsləndirib. Aleksandr Nevzorov Ukraynanın müharibədə niyə qalib gəlməsini istədiyinə də aydınlıq gətirib. O, bunun sağlam istək olduğunu deyib və bunun siyasi maraqlara deyil, insani dəyərlərə söykəndiyini vurğulayıb.

Aleksandr Nevzorov Aleksandr Nevzorov

“Siyasətdən, Putinə və Ukraynaya münasibətdən asılı olmayaraq, adam görəndə ki, dəli bir yekəpər küçədə balaca uşağı parçalamağa çalışır, gərək uşağın tərəfini tutasan: hətta bu dəli döydüyü uşağın nasist olduğunu desə də...”,- deyə Nevzorov mövqeyini izah edib. O, Ukraynanı Bibliya personajı David ilə müqayisə edib , Rusiya Federasiyasını isə qanlı müharibədə Qoliat adlandırıb.

Aleksandr Nevzorov diqqəti ona yönəldib ki, bir çox Rusiya vətəndaşları ondan və ya müharibənin digər əleyhdarlarından ukraynalılara dəstək sözləri eşidərkən “sovet vətənpərvərliyi” nümayiş etdirməyə başlayırlar. "Sovet vətənpərvərliyinin rəzil ruhu dərhal peyda olur. Bu kabuslar indi kütləvi xarakter daşıyır, onlar Rusiyada yaşayırlar. Onlar deyirlər ki, mənə kimin haqlı, kimin haqsız olması maraqlı deyil, mənim ölkəm döyüşəndə ​​mən onun yanındayam”,- deyə o bildirib.

Nevzorov belə "vətənpərvərlərə" vətənə məhəbbət haqqında söhbətləri alman dilinə tərcümə etməyi və stalhelm – hitlerçilərin piyada dəbilqəsi geyinməyi tövsiyə edib. Onun fikrincə, yalnız bundan sonra öz sözlərini yenidən düşünə bilərlər.

"Mən də təbii ki, Ukraynaya qələbə arzulayıram. Mən bunu heç vaxt gizlətməmişəm. Biz başa düşürük ki, Ukrayna Putinin boğazına sarılmış mavi-sarı ilgəkdir",- deyə Rusiya jurnalisti fikrini tamamlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »