Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariopolda kütləvi məzarlıq aşkarlanıb
Mariopolda kütləvi məzarlıq aşkarlanıb

Rusiya Ukraynanın Mariopul şəhərini ələ keçirilməsinə baxmayaraq şiddətli döyüşlər davam edir.

Şəhərin meri rusların törətdikləri hərbi cinayətləri gizlətmək məqsədi ilə 9 minə yaxın cəsədi kütləvi məzarlıqlarda basdrıldığını iddia edir. Rusiya tərəfi isə bütün iddiaları yalanlayıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin kremlinin növbəti hədəfinin açıqlaması isə dünya gündəmində geniş əks səda doğurub. Birləşmiş ştatlara məxsus peyk görüntülərindən aşkara çıxarılan ərazidə 200 ə yaxın məzarlığın qazıldığı müəyyən edilib. Hadisə ilə bağlı açıqlama verən Ukraynanın baş prokuroru İrina Veridiktova iddia edir ki, Rusiyanın törətdiyi vəhşilikləri əvvəlcədən planlaşdırıb. O Britaniyanın kanalına müsahibə verərkən bildirib ki, mülki şəxslərin öldürülməsi, zorlanması və təzyiqlərə məruz qalması şəhərin təslim olmaq istəmədiyi zaman Rusiyanın tədbiq etdiyi stradegiyasıdır.

Dövlət rəsminin sözlərinə görə bu plan başqa ölkələrdə də tətbiq olunub. O həmçinin müharibə ilə bağlı 8 min cinayət işin açıldığını və 500 dən çox şübhəlinin müəyyən edildiyini vurğulayıb. Ukraynanın baş naziri Denis Şmikalda Mariopulda dünyanın ən dəhşətli hadisələrin davam etdiyini qeyd edib. Vaşinqtonda jurnalistlərə müsahibə verən nazir Rusiyanı terrorçuluqda ittiham edib. Rus qoşunları hərbiçilərlə deyil, mülki əhali ilə də müharibə aparır. Xeyli şəhərlərimizdə Rusiyanın terrorçu ölkə olduğunu sübut edən dəlillər var deyə o açıqlama verib. Amma qarşı tərəf bizi məhv etmək ,xalqa qarşı soyqırımı həyata keçirməkdə davam edir. Rusiya Müdafiə Nazirliyi isə Birləşmiş Ştatları parlament departamentinin dünyanı yanlış məlumatlandırmaqda ittiham edib.

Mariupol merinin müavini Petr Andryuşenko Telegramda da bu haqda məlumat verib.

Ölən Mariupol sakinlərinin kütləvi məzarlıq yerlərində uzun müddət aparılan axtarışlar və müəyyənləşdirilməsi nəticəsində ölmüş mariupol sakinlərinin kənddə düzülüşü və kütləvi basdırılması faktı müəyyən edilib.

Ölən Mariupol sakinlərinin cəsədləri yük maşınları ilə daşınaraq bəndə atılıb

Ərazidə işğalçılar hər birinin hündürlüyü 30 metrə çatan bir neçə kütləvi məzarlıq qazıblar və mülki əhalinin cəsədlərini yük maşınları ilə daşıyıb basdrılıblar.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »