Rusiyanın silahlı hücumu nəticəsində 213 ukraynalı uşaq həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"Rusiya Federasiyasının tammiqyaslı silahlı təcavüzündən iki ay ərzində Ukraynada 602-dən çox uşaq zərər çəkib. Rəsmi məlumatlara görə, aprelin 24-də səhər saatlarına olan məlumata görə, 213 uşaq həlak olub, 389-dan çox uşaq yaralanıb", - hesabatda bildirilir.