"Biz hər şeyi üçüncü dünya müharibəsinə səbəb ola biləcək gərginliyin qarşısını almaq üçün edirik".
Bizimyol.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.
Almaniya kansleri Olaf Şolz Almaniyanın Ukraynaya ağır silahlar verməkdə tərəddüd etmələri ilə bağlı açıqlama verib. Baş nazir Şolz "Ukraynaya ağır silahların verilməməsinin qorxu deyil, “siyasi məsuliyyət” məsələsi olduğunu bildiririk. Hər şeyi üçüncü dünya müharibəsinə səbəb olacaq gərginliyin qarşısını almaq üçün edirik. Ukraynanın tələb etdiyi uçuşa qadağa zonası NATO-nu müharibə tərəfinə çevirə bilər. Bu da nüvə müharibəsi üçün bəhanə ola bilər, bu olmamalıdır",- deyə qeyd edib.
Digər tərəfdən, Xristian Demokrat İttifaqı (CDU) sədri Fridrix Merz və Xristian Sosial Birlik (CSU) partiyalarının yaratdığı Xristian Birlik Parlament Qrupu baş nazir Şolzun Ukraynaya ağır silahlar göndərməyə qərar verməy'c'yi halda gələn həftə Almaniya parlamentinə təklif təqdim etməyə hazırlaşdığını bəyan edib.
Ukrayna isə Almaniya və digər ölkələri tanklar, artilleriya batareyaları, döyüş təyyarələri, helikopterlər, gəmilər və ağır silahlarla təmin etməyə çağırır.
Qeyd edək ki, bu gün mətbuatda Almaniya və Fransanın Rusiyaya iri həcimli ikili istifadə məhsulları satdıqları barədə məlumat yayılıb. Saksiyalara baxmayaraq daha bir neçə Avropa dövləti Rusiya ilə hərbi yönümlü məhsulların ticarətini davam etdirdikləri məlum olub.
Qadir, Bizimyol.info