Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şri Lankada etiraz dalğası ailə hakimiyyətini çətinə saldı
Şri Lankada etiraz dalğası ailə hakimiyyətini çətinə saldı

Şri-Lankada pisləşən iqtisadi böhrana görə etiraz edənlər baş nazirin evini mühasirəyə alınıb. Hökuməti istefaya çağıran küçə etirazlarını dəstəkləmək üçün kabinet naziri və digər yüksək vəzifəli partiya üzvləri vəzifəsindən istefa veriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "aljazira" məlumat verib.

Media naziri Nalaka Godaheva şənbə günü prezident Qotabaya Rajapaksa ofisinin qarşısında onun və hakim ailənin digər üzvlərinin istefasını tələb edən minlərlə insanı dəstəklədiyini açıqlayıb.

Şri-Lanka 1948-ci ildə Britaniya hökmranlığından müstəqillik əldə etdikdən bəri ən ağrılı iqtisadi tənəzzülü yaşayır. Ölkə aylarla davam edən işıqların kəsilməsi, qida, yanacaq və digər zəruri malların kəskin çatışmazlığı ilə qarşılaşıb.

Böhran ölkə miqyasında kütləvi etirazlara səbəb olub. Qəzəbli nümayişçilər üç həftədən çox Rajapaksa ofisinin qarşısında düşərgə salıblar.

Təzyiq altında qalan prezident bu ay iki qardaşını - Çamal və Basil, həmçinin qardaşı oğlu Namalı kabinetdən uzaqlaşdırıb. Lakin etirazçılar dəyişiklikləri kosmetik islahat adlandıraraq tələblərindən geri çəkilməyəcəklərini bildiriblər.

Godaheva əvvəllər Rajapaksa tərəfdarı olub. Son hadisələrdə o etirazçılara qoşularaq prezidentin böyük qardaşı, ailənin başçısı, baş nazir Mahinda Rajapaksanı istefasını tələb edib. Prezident məcburiyyət qarşısında böyük qardaşını baş nazir postundan isefaya göndərməli olub. Prezident Godahevanın bütün partiyalardan ibarət müvəqqəti koalisiya hökumətinə rəhbərlik etməsinə icazə verməli olduğunu söyləyib.

O, çərşənbə axşamı polisin etirazçını öldürməsindən sonra hökumətin etibarını itirdiyini deyib. Godaheva deyib ki, o, istefasını təklif edib, lakin prezident Rajapaksa bunu qəbul etməyib.

“İqtisadi böhranı uğurla qarşılamaq üçün siyasi sabitliyi bərpa etməliyik. Baş nazir də daxil olmaqla, bütün kabinet istefaya getməli və hamının etimadını qazana bilən müvəqqəti kabinet olmalıdır”,- deyə Godaheva sosial şəbəkə səhifəsində bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »