Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın daha iki generalı ölüb, biri ağır yaralanıb
Rusiyanın daha iki generalı ölüb, biri ağır yaralanıb

Ukrayna Silahlı Qüvvələri Xerson bölgəsində Rusiya işğalçı qüvvələrinin 49-cu ümumqoşun ordusunun döyüş qurğularınin sağlam düşüncədən fərqli və hərbi taktiki yerləşmə məntiqinə sığmayan döyüş xəttinə cüzi məsafədə yerləşən ön komanda məntəqəsinə sarsıdıcı zərbələr endirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Əməliyyat dünən, aprelin 22-də həyata keçirilib. İşğalçıların yüksək rütbəli zabitləri məhv edilib.

Ukrayna Silahlı Qüvvələrindən verilən məlumata görə, işğalçı ordunun iki generalı məhv edilib, biri isə ağır yaralanıb. Xəsarətlar almış general ağır vəziyyətdə təxliyə edilərək səhra hospitalına yerləşdirilib.

Kəşfiyyat qeyd edib ki, onlar şəxsi məlumatları dəqiqləşdirir və torpaqlarımızda işğalçılara maksimum ziyan vurmaq üçün mühüm hədəflərin axtarışını davam etdirirlər.

Ukrayna mətbuatının daha əvvəl xəbər verdiyi kimi, bu əməliyyat barədə daha əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç danışıb.

Aleksey Arestoviç Aleksey Arestoviç

“Yaxşı xəbərdən: biz Xerson bölgəsindəki ordu səviyyəsinin qabaqcıl komanda məntəqəsini işıqlandırdıq. Orada 50-yə yaxın yüksək rütbəli Rusiya zabiti var idi. Onların taleyi məlum deyil, amma məntəqədə yüksək partlayış olduğu barədə dəqiq məlimatımız var”,- deyə o bildirib.

Müharibənin gedişində ümumilikdə 10 Rusiya generalının həyatını itirməsi barədə məlumat verilib. Rusiya tərəfi məlumatlara münasibət bildirməsə də, Ukrayna tərəfi onların adlarını da açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »