Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya qoşunları "Azovstal"a hava zərbələrini bərpa edib - Arestoviç
Rusiya qoşunları "Azovstal"a hava zərbələrini bərpa edib - Arestoviç

Rusiya qoşunları Mariupoldakı “Azovstal” zavodunun ərazisinə yenidən hava zərbələri endirib, həmçinin hücum əməliyyatları keçirməyə çalışır.

Bizimyol.info “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

“Çətin olan xəbər budur ki, düşmən nəhayət Azovstal bölgəsində Mariupol müdafiəçilərinin müqavimətini qırmağa çalışır. İşğalçı ordu zavodun ərazisinə, qoşunlarımızın müdafiə zonasına hava zərbələrini vurmağı yenidən bərpa edib və əraziyə hücum əməliyyatları həyata keçirməyə çalışır”, - deyə o bildirib.

Eyni zamanda, Arestoviç bildirib ki, çox çətin vəziyyətə baxmayaraq şəhərin müdafiəçiləri hücumlara müqavimət göstərirlər. Onun sözlərinə görə, Ukrayna hərbçiləri bəzi istiqamətlərdə hətta əks-hücumlar təşkil edir.

“Ukrinform”un məlumatına görə, Mariupoldakı “Azovstal” zavodunun ərazisində 1000-ə yaxın mülki şəxs və ukraynalı hərbçi, o cümlədən 500-ə yaxın yaralı var. Ukrayna hakimiyyəti Rusiyadan metallurgiya zavodundan təcili humanitar dəhliz ayırmağı tələb edir.

Rusiyanın təcavüzü Mariupolda ən böyük humanitar fəlakətlərdən birinə səbəb olub. İşğalçılar silahsız sakinləri bombalayır və humanitar yardımın qarşısını alır.

Mühasirəyə alınan şəhərdə 120 minə yaxın mülki şəxsin olduğu bildirilir.

"Azov" alayının əsgərləri, Ukrayna dəniz piyadaları və motoatıcılar Mariupolun müdafiəsini davam etdirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »