ABŞ Rusiya tərəfini kimyəvi, bioloji və ya taktiki nüvə silahından istifadə etməkdə günahlandırmaq üçün təxribatlar hazırlayır.
Bizimyol.info xəbər veririr ki, bu barədə şənbə günü Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəri İqor Kirillov bildirib.
"Rusiya Müdafiə Nazirliyində Amerika Birləşmiş Ştatlarının Rusiya Silahlı Qüvvələrini kimyəvi, bioloji və ya taktiki nüvə silahından istifadə etməkdə ittiham etmək üçün təxribatlar hazırlaması barədə məlumat var",- Kirillov bildirib.
Qoşun rəhbərinin sözlərinə görə, belə bir plan Rusiya Federasiyasının "xüsusi əməliyyat"da uğurlarına əks-reaksiyadır. "Yalnız bu ilin mart-aprel aylarında Qərb ölkələrinin rəhbərliyi mütəmadi olaraq Rusiyanın kütləvi qırğın silahlarından istifadə ehtimalı ilə bağlı təxribat xarakterli bəyanatlar verir",- deyə bildirib.
Kirillov: "ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild fevralın 27-də bəyan edib ki, Rusiya Federasiyası Ukrayna əhalisini və dünyanı qorxutmaq üçün “yalançı bayraq altında” kimyəvi və bioloji silahlardan istifadə etmək niyyətindədir. Öz növbəsində ABŞ Dövlət Departamenti Ukraynaya 400 min dəst fərdi mühafizə vasitələri, 390 kəşfiyyat avadanlığı və 15 Stryker kəşfiyyat maşınının verilməsini nəzərdən keçirib",- deyə xatırlatma edib.
“Diqqətinizi ona cəlb edirik ki, siyasi məqsədlərə nail olmaq üçün bu cür layihələr artıq Birləşmiş Ştatlar tərəfindən bir neçə dəfə həyata keçirilib. İnformasiya təxribatının ən parlaq nümunəsi ABŞ dövlət katibi Kolin Pauellin 2003-cü il fevralın 5-də etdiyi çıxışdır. Əlində "yuyucu toz" olan sınaq borusu İraqın işğalı və təxminən yarım milyon vətəndaşın ölümü üçün bəhanə oldu",- deyə Kirillov vurğulayıb.
"Həmçinin misal olaraq o, 2017-ci ildə Suriyada sarindən istifadə edildiyi iddia edilən təxribatı göstərib ki, bu da Suriyanın Şayrat aerodromuna raket hücumu ilə nəticələnib. Və yalnız Rusiya Federasiyasının Haaqa məhkəməsinə gətirdiyi bu hadisələrin şahidlərinin ifadəsi dünya ictimaiyyətinin baş verənlərə gözünü açdı. Hələlik bu təxribatlara görə heç kim məsuliyyətə cəlb edilməyib”,- deyə o əlavə edib.
“Kimyəvi silahdan istifadənin səhnələşdirilməsi ehtimalının yüksək olmasını Ukraynaya zəhərli antidotların tədarükü faktları təsdiq edir. Təkcə 2022-ci ildə Ukrayna Səhiyyə Nazirliyinin sifarişi ilə ABŞ-dan 220 mindən çox atropin ampulaları gətirilib. Bu fakt dəqiq sinir-iflic təsirinə malik zəhərli maddələrlə təxribatların məqsədyönlü şəkildə hazırlanmasına dəlalət edir”,- deyə Kirillov onu da vurğulayıb ki, Dövlət Departamenti artıq araşdırmanın prosedurunu müəyyən edib və onun aparılmasına cavabdeh olan şəxsləri təyin edib.
Qadir, Bizimyol.info
P.S. Generalın sözlərində həqiqət yükü olmamış deyil. Hətta bəzi faktlar var ki, tam həqiqətdir. Amma 56 gün öncəyə qədər Rusiya ən yüksək səviyyədə - ölkə başçısı səviyyəsində Ukraynaya hücum etməyəcəyi barədə bəyanatlar verirdi. Lakin fevtalın 24-də vədinə xilaf çıxaraq Ukraynaya qoşun yeritdi. İndi dünya ictimaiyyəti onun kimyəvi və bioloji silahlardan istifadə etməyəcəyi vədinə necə inansın? Yəqin ki, general bu suala cavab vermək istəməz və ya verəcəyi cavab inandırıcı olmaz.