Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna hökuməti Rusiyaya qalib gəlmək üçün 3 vacib amili açıqlayıb
Ukrayna hökuməti Rusiyaya qalib gəlmək üçün 3 vacib amili açıqlayıb

"Ukraynanın xalqımızı qorumaq üçün müasir silahlara ehtiyacı var. Ordumuz ötən illərdə avropalı və amerikalı həmkarları ilə keçirilən təlimlər də daxil olmaqla yüksək peşəkarlıq nümayiş etdirib. Ona görə də bu yaxşı ənənəni davam etdirmək lazımdır".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmiqal ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib. O, Ukraynanın Rusiya ilə müharibədə qalib gəlməsinə kömək edə biləcək üç vacib amili də qeyd edib. Baş nazirin fikrincə, bunlar sanksiyalar, maliyyə və silahlardır.

Bundan əlavə, o, ABŞ-ı bütün Rusiya banklarını SWIFT-dən tamamilə ayırmağa, həmçinin Rusiyanı terrorizmi himayə edən ölkə kimi tanımağa çağırıb. Şmiqal bildirib ki, ABŞ diplomatik və iqtisadi cəhətdən Ukraynanın Avropa perspektivinin reallaşmasına və Ukraynanın Avropa Bizrliyinə daxil olmasına töhfə verəcək. Nazir həmçinin CNN telekanalına müsahibəsində vurğulayıb ki, Ukrayna “heç vaxt Rusiyaya təslim olmayacaq”.

Yeri gəlmişkən, Rusiya Ukraynadakı müharibə üçün daha 200 Vaqner özəl hərbi qüvvələr muzdlusu hazırlayıb. Özəl qrup Donbassa buraxılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Baş Qərargahın məlumatına görə, əlavə ehtiyatların formalaşdırılması çərçivəsində Vaqner bölməsinin 200 nəfərə qədər nümayəndəsinin təlimi başa çatıb. Qeyd olunur ki, bölmənin qabaqcıl qrupu ərazinin kəşfiyyatı və qarşılıqlı fəaliyyət qaydasının dəqiqləşdirilməsi üçün Donetsk vilayətinin Novobaxmutovka rayonuna keçirilib.

Martın sonunda Britaniya kəşfiyyatı Vaqnerin Ukraynanın şərqində fəaliyyət göstərdiyini bildirmişdi. Döyüşlərə yüksək rütbəli hərbçilər də daxil olmaqla 1000-ə yaxın muzdlu əsgərin cəlb olunacağı gözlənilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »