Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın Rusiya üzərində qələbəsi üçün ağır silahlar lazımdır"
"Ukraynanın Rusiya üzərində qələbəsi üçün ağır silahlar lazımdır"

“Ukraynanın Rusiya işğalçıları üzərində qələbəsi üçün beynəlxalq tərəfdaş ölkələrin hərbi yardımı lazımdır. Söhbət ilk növbədə ölkəmizə hava hücumundan müdafiə sistemlərinin, raketlərin, tank əleyhinə silahların tədarükündən gedir”.

Bizimyol.info xəbər verir ki,bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar ümummilli telemarafonun efirində danışıb. O, qeyd edib ki, təcavüzkarı məğlub etmək üçün bir müddət vaxt lazımdır.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri düşmən üzərində intellektual üstünlüyə sahibdir. Lakin effektiv döyüş əməliyyatları aparmaq üçün ordunun ağır silahlara ehtiyacı var.

"Əvvəldən deyirdik ki, müharibə bir müddət davam edəcək. Yəni qələbəni tezliklə gözləmək lazım deyil. Çünki bizim qarşımızda çox böyük hədəf var - bu, bizim dövlətçiliyimizdir. Böyük hədəflər isə 3 günə, bir həftəyə əldə edilmir. İndi bizim üstünlüklərimiz ondan ibarətdir ki, Silahlı Qüvvələrimiz intellektual ordudur. Amma silahlar, xüsusən də ağır silahlar baxımından hərbi yardıma ehtiyacımız var”,- deyə Malyar bildirib.

Eyni zamanda, müdafiə nazirinin müavini vurğulayıb ki, hərbi yardımın çatdırılması da sürətli proses deyil. Çünki müəyyən prosedurlara əməl olunmalıdır. Bununla yanaşı, Ukrayna hərbçilərinin hazırlanması üçün müəyyən müddət tələb oluna bilər.

"Məsələn, Ukraynada olmayan yeni təyyarələrdən danışsaq, pilotlarımızı yetişdirmək bir neçə ay çəkir. Yeni silah və avadanlıqlarla bağlı bütün prosedurlar müharibədə onlardan səmərəli istifadə etmək üçün müəyyən vaxt tələb edir",- Malyar vurğulayıb.

Xatırladaq ki, Rusiya Qərb ölkələrindən Ukraynaya silah tədarükünün qarşısını almağa çalışır. Bunun üçün xarici media və Avropa siyasətçilərini hədəf alan genişmiqyaslı məlumat kampaniyası hazırlanır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »