Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus Rusiyaya borcunu ödəyə bilmir
Belarus Rusiyaya borcunu ödəyə bilmir

Belarusun hazırda Rusiyaya 1 milyard ABŞ dollarından çox kredit borcu var. Ancaq ölkə bu borcunu ödəyə bilmir. Bu səbəbdən də Rusiya Belarusa kreditin ödənilməsi üçün bir az daha zaman verib.

Bizimyol.info xəbər verir ki, bu barədə Belarusun maliyyə naziri Yuri Seliverstov Belarus-1 telekanlına müsahibəsi zamanı bildirib.

O, vurğulayıb ki, Belarus Rusiyadan kredit öhdəlikləri çərçivəsində bir milyard ABŞ dollarından çox vəsaitin ödənilməsi üzrə təqribən bir il müddətinə möhlət alıb. "Rusiya Federasiyası bizə 1 milyard dollar ödənişi etmək üçün bir ildən çox zaman verib. Yəni borcun ödənilməsi bir il müddətinə təxirə salınıb. Biz indi ödəməli olduğumuz 1 milyardı hələ ki, ödəmirik”,- deyə nazir bildirib.

Qeyd edək ki, Rusiya mart ayında xarici dövlətlərə və onların hüquqi şəxslərinə 81,6 milyard rubl (təxminən 1 milyard dollar) məbləğində dövlət krediti verib. Rusiya mətbuatının yazdığına görə, pulu alanlar arasında Belarus və İran da ola bilər.

Xatırladaq ki, Rusiya Ukraiynaya qarşı müharibəyə başladıqdan sonra Qərb ölkələri təkcə Moskvaya deyil, müharibədə iştirakına görə, Minskə də çox sayda sanksiyalar tətbiq edib. Belə ki, mart ayında Aİ Belarusdan olan 22 hərbi rəhbəri, o cümlədən müdafiə naziri Leonid Kasinski və İqor Mojilovskinin köməkçilərini qara siyahıya salıb.

Bundan öncə isə, 20 məmur və hərbçinin Aİ-yə girişinə qadağa qoyularaq, onların hesabları və əmlakı Avropa İttifaqı ərazisində dondurulub.

Sanksiyalar nəticəsində Belarusda sosial durumun ağırlaşması müşahidə olunur. Əhalinin müəyyən hissəsi ölkədən qaçmağa çalışır. Belarus ordusundan sızan məlumatlara görə, Rusiya müttəfiqini birbaşa müharibəyə qoşmaq istəsə də, ordu Ukraynaya qarşı döyüşmək istəməyib.

Bir neçə gün əvvəl Belarus Xarici İşlər Nazirliyi Avropa Birliyinə dialoq təklif etmişdi. Müşahidəçilərin fikrincə, Aleksandr Lukaşenko Rusiya ilə münasibətlərin uğuruna münasibətdə bədbinləşməyə başlayıb və o üzdən də Avropa ilə gizli danışıqlara can atır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »