Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır
Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır

Rusiya Mariupolda kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etməyə icazə verib.

Bizimyol.info "Ukrinform"a istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter deyib. Onun sözlərinə görə, Vaşinqton Mariupola hücum zamanı kimyəvi maddələrin mümkün istifadəsinə dair məlumatları araşdırır.

“Rusiya qoşunlarının iğtişaşlara qarşı müxtəlif vasitələrdən istifadə edə biləcəyi barədə etibarlı məlumat var. İşğalçı ordu Mariupolu ələ keçirməyə görə aqressiv kampaniyanın bir hissəsi olaraq gözyaşardıcı qaz, onun daha ağır simptomlar yaradan kimyəvi maddələrlə qarışımından istifadə etdiyi barədə məlumatlar dəqiqləşdirilir. Düşmənin ukraynalı döyüşçüləri və mülki vətəndaşları təsirsiz hala gətirə bilməsi üçün bu silahlardan istifadə etdiyi araşdırılır”, - deyə bildirib.

ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Rusiyanın Ukraynada mümkün hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri barədə məlumatın təmin edilməsinin vacibliyini qeyd edib. ATƏT-in Moskva Mexanizmi çərçivəsində ekspert missiyası tərəfindən toplanan sənədlər “müvafiq məsuliyyətə cəlbetmə mexanizmlərinə, habelə gələcəkdə yurisdiksiyaya malik ola biləcək milli, regional və ya beynəlxalq məhkəmələr və tribunallara" təqdim oluna bilər.

Aprelin əvvəlində Mariupolu işğalçılardan müdafiə edən "Azov" alayının əsgərləri Rusiya ordusunun onlara qarşı kimyəvi silahdan istifadə etdiyini bildiriblər.

Ukraynalı hərbçilərin sözlərinə görə, işğalçılar PUA-dan şəhərə mənşəyi naməlum zəhərli maddə buraxıblar. "Azov" lideri Andrey Beletski bildirib ki, üç nəfərdə hərbi kimyəvi maddələrlə zəhərlənmə əlamətlərini açıq şəkildə müşahidə edilib, lakin vaxtında müdaxilə nəticəsində ölüm halı qeydə alınmayıb.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığından hələlik rəsmi təsdiq alınmayıb. Zərərçəkənlərdən analizlərinin toplanmasına Mariupolda davamlı döyüşlər mane olur.

Bundan əvvəl “DXR” nümayəndəsi Basurinin "Azovstal"da Ukrayna Silahlı Qüvvələrinə qarşı “kimyəvi silahlardan” istifadə edilməsinin zəruriliyi barədə bəyanatı yayılıb.

Britaniya və ABŞ alınan məlumatları yoxlayır, bundan sonra tədbir görəcəklər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »