Bizimyol.info qarşıdakı həftə - 25 aprel-1 may, 2022 tarixləri üçün ulduz falını təqdim edir:
Azadlıq bizim hamımız üçün çox şey deməkdir. Amma gələn həftə azadlıq bitir və bu, mayın sonuna qədər davam edəcək. Aprelin 30-da günəş tutulması baş verəcək. Belə dövrlərdə parlaq və gözlənilməz hadisələr baş verir. Bundan əlavə, həyatımızın maliyyə tərəfinə daha çox diqqət yetirməli olacağıq. Bir müddət bizi narahat edən hadisələrlə üzləşəcəyik. Tutulmalar, zəlzələlər, daşqınlar zamanı adətən güclü günəş alovları baş verir. Tanımadığınız adamlara qarşı çox diqqətli olun, etimadınızı qazanmağa çalışacaqlar və bu, təhlükəli sonluqlara gətirib çıxara bilər.
Qoç - Münaqişələrdən qaçmağa çalışın, temperamentinizlə bacarmağınız çətin olacaq. Uzunmüddətli müqavilələr bağlamayın, şərtlər əlverişsiz olacaq. Həftə sonu mütləq istirahət edin. Ən yaxşı çıxış yolu ölkə daxilində ailənizlə birlikdə sakit vaxt keçirmək olardı. 29 və 30 apreldə isə yalnız cari işlərlə məşğul olun.
Buğa - Romantik hadisələr sizi qeyri-standart hərəkətlərə sövq edəcək, bəlkə də təhrik rolunu oynayacaq, özünüz də buna təəccüblənəcəksiniz. “Qara günəş eynəklərinizi” çıxarıb sevdiyiniz insana əsl görünüşü ilə baxmağın vaxtıdır. 29 və 30 aprel ruhi təcrübələr - meditasiya üçün əla vaxtdır.
Əkizlər - Siz tam azadlıq istəyirsiniz və ola bilsin ki, qəribə gizli qüvvə sizi yeni macəralara sövq etsin. 29 və 30 apreldə diqqətli olun, hər şey heç də göründüyü kimi olmayacaq. Ola bilsin ki, bu həftə sonu nəhayət ki, uzun, yorucu və ağır bir sevgi münasibətindən qurtulacaqsınız.
Xərçəng – Gündəlik ailə işləri bütün vaxtınızı alacaq. 29 və 30 apreldə yaxınlarınız üçün təşviş, narahatlıq və qorxu hissi keçirməyə meylli olacaqsınız. Nəzarətinizdən kənarda olan hallarla qarşılaşacaqsınız - Günəş tutulması sizi tələsik hərəkətlərə sövq edəcək, diqqətli olun.
Şir - Siz təcili olaraq bütün səmərələşdirmə ideyalarınızı həyata keçirməli, iş prosesinizə yeni layihələr əlavə etməlisiniz. İşgüzar tərəfdaşlardan gələn məlumatları diqqətlə nəzərdən keçirməyə çalışın. Həftənin ən həssas günlərində, yəni aprelin 29 və 30-da təhlükəsizlik tədbirlərini xatırlayın və əsəblərinizi qoruyun.
Qız - Bütün həftə boyunca passiv, amma əsəbi olacaqsınız. Bir tərəfdən bu yaxşıdır, özünüzü problemlərdən xilas edəcəksiniz. Ancaq digər tərəfdən insanlar sizdən istifadə edə bilər. 29 və 30 apreldə xoşagəlməz vəziyyətlərin qarşısını almaq üçün ətrafınızda baş verən hər hadisəyə diqqətlə yanaşın.
Tərəzi – Həyat yoldaşınızın maliyyə mənbələri sizə əlavə gəlir gətirəcək, lakin bu pulu xərcləməyə tələsməyin, qənaət edin. 30 aprel hadisələri qlobal xarakter daşıyacaq - düşünün və vəziyyəti düzəltmək üçün haradan başlamalı olduğunu başa düşməyə çalışın. Həftənin sonunda son dərəcə diqqətli olun və ictimai tədbirlərdə iştirak etməyin.
Əqrəb - Bütün çətinliklərdə başqalarını günahlandırmaq asandır, lakin bu, həyatınızı yaxşılaşdırmağa kömək etməyəcək. Sevgi həyatınızda hər şeyi qaydasına salmalı və buraxdığınız səhvləri düzəltməklə məşğul olmalısınız. Aprelin 30-da çox diqqətli olun, xüsusən də başqa insanlar üçün məsuliyyət daşıyırsınızsa.
Oxatan - Bir yerdə oturub qalmayın, karyera qurmaq istəyirsinizsə, təkliflər verin, aktiv olun. Ailə daxilində qürur və ambisiyalarınızı cilovlamağa çalışın. Diplomatiya 29 və 30 apreldə faydalı olacaq. Həftə sonu sağlamlığınızın qeydinə qalın.
Oğlaq - Şəxsi uğur sizə inam gətirəcək, amma aldığınız məlumatları diqqətlə yoxlayın. 29 və 30 apreldə maliyyə məsələlərində son dərəcə diqqətli olun, bütün sənədləri diqqətlə oxuyun. Həftənin son günlərində həyat yoldaşınızın qohumları ilə ünsiyyət qurmalı olacaqsınız. Bu görüş ailə münasibətlərinizin gələcəkdə necə olacağını müəyyən edəcək.
Dolça - Maddi durumunuzu yaxşılaşdırmaq imkanınız olacaq, bu şansı qaçırmayın. Ətrafınıza diqqət yetirin. İndi baş verən hadisələr karyera yüksəlişinizdə sizə kömək edəcək. Aprelin 30-da yaxınlarınızla diqqətli olun, kiminsə aizin köməyinizə ehtiyacı ola bilər.
Balıq - İşləri nə qədər tez bitirsəniz, bir o qədər tez istirahət edə bilərsiniz. Şəxsi həyatınızı təşkil etmək lazımdırsa, diqqət mərkəzində olmaqdan qorxmayın. Həftə sonu tanışlıq dairənizi genişləndirəcəksiniz və sevgi ilə bağlı yeni imkanlar ortaya çıxacaq.