Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya “Moskva” kreyserindəki itkilərini açıqlayıb
Rusiya “Moskva” kreyserindəki itkilərini açıqlayıb

Yanğın nəticəsində “Moskva” kreyserinin 27 ekipaj üzvü itkin düşüb, bir hərbçi həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə bu gün Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

“Aprelin 13-də baş vermiş yanğın nəticəsində “Moskva” raket kreyseri sursatların partlaması nəticəsində ciddi zədələnib. Ekipajın yanğını söndürmək cəhdləri uğursuz alınıb. Gəminin sağ qalması uğrunda mübarizə zamanı bir hərbçi həlak olub, daha 27 ekipaj üzvü itkin düşüb. Qalan 396 ekipaj üzvü kreyserdən ərazidəki Qara dəniz donanmasının gəmilərinə təxliyə olunaraq Sevastopol şəhərinə təhvil verilib”, - deyə nazirlikdən verilən məlumatda bildirilir.

Onlar həmçinin qeyd ediblər ki, Rusiya Federasiyası Müdafiə Nazirliyi həlak olanların ailələrinə və yaxınlarına və itkin düşənlərə bütün lazımi dəstək və yardımları göstərir.

İdarədən bildirilib ki, “Moskva” kreyserinin zabitlərinin əksəriyyəti Qara dəniz donanmasında xidmətini davam etdirəcək:"Qara Dəniz Donanmasının komandanlığının "Moskva" kreyserinin ekipaj üzvləri ilə apardığı danışıqların nəticələrinə görə, zabitlərin, miçmanların və müqaviləli xidmət dənizçilərinin böyük əksəriyyəti Qara Dəniz Donanmasının gəmilərində xidmətini davam etdirmək arzusunu ifadə ediblər", - deyə hərbi idarədən bildiriblər.

Müdafiə Nazirliyindən bildirilib ki, digər qarnizonlara keçmək istəyən bəzi hərbi qulluqçular digər donanmaların gəmilərində xidmətini davam etdirəcəklər: "Çağırış üzrə hərbi qulluqçular (matroslar) xidmət müddəti başa çatdıqdan sonra ehtiyata buraxılacaqlar", - Müdafiə Nazirliyindən bildirilib.

Qadir, Bizimyol.info

P.S. Qeyd edək ki, sosial şəbəkələrdə “Moskva” kreyserində baş bermiş hadisə zamanı daha çox ekipaj üzvünün həlak olması və itkin düşməsi barədə xəbərlər yayılıb. Bundan sonra Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »