Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya MN: "“Moskva” kreyserində 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb"
Rusiya MN: "“Moskva” kreyserində 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb"

“Moskva” kreyserində yanğın zamanı 1 hərbçi həlak olub, 27 ekipaj üzvü itkin düşüb.

APA-nın xəbərinə görə, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 13-də baş verən yanğın zamanı döyüş sursatı detonasiyaya uğrayıb və gəmi ciddi şəkildə zədələnib. Yanğının söndürülməsi cəhdləri səmərəsiz olub. Gəminin saxlanması üçün aparılan mübarizədə 1 hərbi qulluqçu həlak olub, 27 ekipaj üzvü itkin düşüb. Qalan 396 nəfər Qara Dəniz donanmasının digər hərbi gəmiləri ilə təxliyə olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »