Rusiya Ukraynanın təhlükəsizliyinin zəmanətçisi kimi təklif etdiyi ölkələrə qarşı deyil.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Danışıqlar formatında ilk təmaslar zamanı ukraynalılar bu zəmanətlərin bütöv bir qrup xarici dövlət tərəfindən verilməsinin tərəfdarı kimi çıxış ediblər. Kağız üzərində bu ölkələri sadalamasalar da, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini, Türkiyə və Almaniyanı qeyd ediblər. Biz bunun əleyhinə deyilik. Əsas odur ki, bu zəmanətlərin mahiyyəti nədən ibarət olacaq və bu təminatlar Ukrayna üçün məqbul olub, başqa heç kimə təhlükə yaratmasın”, -deyə Rusiya XİN başçısı vurğulayıb.