Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: "Son 5 ildə bakalavr səviyyəsində İKT ixtisasları üzrə qəbul yerlərinin sayı 2 dəfə artıb"
Nazir: "Son 5 ildə bakalavr səviyyəsində İKT ixtisasları üzrə qəbul yerlərinin sayı 2 dəfə artıb"

Azərbaycanda 2022-2023-cü tədris ili üçün bakalavr səviyyəsində İKT ixtisasları üzrə qəbul yerlərinin sayı 3 750 olacaq. Bu, 2017-2018-ci tədris ilinə nisbətən 1,9 dəfə çoxdur. Həmin il qəbul yerlərinin sayı 1 964 olub.

"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.

"O cümlədən, dövlət sifarişli yerlərin sayı 670-dən 2 500-ə çatdırılıb. Bu isə təqribən 4 dəfəyə yaxın artım deməkdir. Bu istiqamətdə bizim işlərimiz davam edəcək. Magistratura səviyyəsində də oxşar dəyişikliklər var. Ümumi yerlər 370-dən 1083-ə, dövlət sifarişli yerlər isə 195-dən 720-ə çatdırılıb", - deyə o, qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »