Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bank Respublika”nın 21 yaşlı əməkdaşının böyük uğuru!
“Bank Respublika”nın 21 yaşlı əməkdaşının böyük uğuru!

Ölkəmizdə gənc mütəxəssislərin inkişafına böyük önəm verən və gəncləri dəstəkləyən Bank Respublika, özünün 21 yaşlı əməkdaşının əldə etdiyi uğur haqda məlumat verib.

Belə ki, Bankın İnformasiya Təhlükəsizliyi Departamentinin gənc mütəxəssisi İSA CƏFƏROV magistratura təhsili almadan birbaşa ABŞ-də doktorantura pilləsinə qəbul olunub. O, kompüter elmləri ixtisasının kibertəhlükəsizlik istiqaməti üzrə təhsil alacaq.

İsa, Nyu-York Şəhər Universiteti, Kolorado Universiteti, Alabama Universiteti və Kolorado Mədən Məktəbindən də təklif alıb. Bank əməkdaşının seçim etdiyi Nyu-York Şəhər Universitetindən qazandığı təqaüdün məbləği 135 min ABŞ dolları təşkil edəcək.

Bununla bağlı, Bankın rəhbərliyi gənc mütəxəssislə görüşərək onunla qürur duyduqlarını bildirib və gələcək işlərində uğurlar arzulayıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »