Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya əsgərləri unitazın nə olduğunu bilmirlər” - Putinin qrup yoldaşı
“Rusiya əsgərləri unitazın nə olduğunu bilmirlər” - Putinin qrup yoldaşı

Rusiyalı hərbçilər Ukraynada dağıdılan əraziləri həm də qarət edirlər. Onlar ərzaq mağazalarını soyur, hətta evlərdən unitazları söküb aparırlar.

Rusiya Prezidenti Vladimir Putinlə institutda birlikdə təhsil almış Yuri Şvets baş verənlərə görə yalnız xəcalət çəkmək lazım gəldiyini bildirir. Dövlət başçısının qrup yoldaşı Ukraynada Rusiya cəmiyyətinin gerçək simasının ortaya çıxdığını deyir.

Bizimyol.info xəbər verir ki, Yuri Şvets tanınmış jurnalist Dmitri Qordona müsahibəsində əyalətlərdə sosial-iqtisadi vəziyyətin ağır olmasının müharibədə özünü göstərdiyini qeyd edib. ABŞ-da yaşayan keçmiş sovet kəşfiyyatçısı Rusiyanın qüsurlarını az-çox Moskvada və Sankt-Peterburqdakı həyatın ört-basdır etdiyini dilə gətirib.

Yuri Şvets Yuri Şvets

“Ölkədə həyat birrəngli deyil. Dərinliklərə gedəndə başqa mənzərəni görürsən. Ukraynaya göndərilənlərin əksəri əyalət sakinləridir. Rusiyalı əsgərlər 18-ci əsrdə yaşayırlar. Buna görə də unitazın nə olduğunu bilmirlər. Mixail Lermontov necə deyirdi – “əlvida, natəmiz Rusiya”. Unitaz, qaz istilik sistemi ilə bağlı anlayışları yoxdur. Ukrayna kəndlərində belə şeyləri görəndə şoka düşürlər”.

Yuru Şvets deyib ki, Kreml ölkə əhalisini aldatmaqla məşğuldur. Onlara həmişə qüdrətli dövlət nağılları danışılıb. İndi isə yalanlar üzə çıxır.

“Rusiyalı hərbçilər qəzəblidir. Ona qəzəblənirlər ki, həyat alınmayıb, yan keçib. Qonşuluqda insanlar necə yaşayırmış. Buna görə də bütün dünyadan qisas almağa hazırdırlar. Özü də qonşu ölkədə böyük azadlıqlar var. Azad xalq, azad insanlar. Məhz buna görə ukraynalılara hətta nifrət edirlər”.

Şvets əvvəlki müsahibələrində də Rusiya hakimiyyətini tənqid edib. Keçmiş kəşfiyyatçı bir neçə ay əvvəl Putinin ağlını itirdiyini demişdi. Onun dediyinə görə, Rusiya prezidenti əvvəllər adekvat insan təsiri bağışlayırmış. Şvets Putinin xüsusilə son 5-6 ildə dəyişdiyini iddia edir. Sanki indi ölkəni tamam başqa adam idarə etməyə başlayıb. O, qrup yoldaşının hər cür avantüraya əl ata biləcəyinə əmindir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »