Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "ikinci mərhələ"nin məqsədini açıqlayıb
Rusiya "ikinci mərhələ"nin məqsədini açıqlayıb

"Rusiya ordusu "xüsusi əməliyyat"ın ikinci mərhələsində Donbas üzərində tam nəzarəti ələ keçirməlidir".

Bizimyol.info xəbər verir ki, bunu Mərkəzi Hərbi Dairə (MHQ) komandanının müavini, general-mayor Rüstəm Minnekayev Sverdlovsk vilayətinin Müdafiə Sənayesi İttifaqının illik iclasında deyib.

“Xüsusi əməliyyatın ikinci mərhələsi başlayandan sonra Rusiya ordusunun vəzifələrindən biri Donbass və Ukraynanın cənubuna tam nəzarəti bərqərar etməkdir. İkinci mərhələ isə iki gün əvvəl başlayıb”,- deyə general bildirib.

RF Silahlı Qüvvələrinin Donbas üzərində nəzarəti Krıma quru dəhlizi yaratmağa imkan verəcək, Minnekaev vurğulayıb. “Donbas üzərindəki bu nəzarət Krıma quru dəhlizinin yaradılmasına, habelə Ukrayna hərbi qüvvələrinin həyati əhəmiyyətli obyektlərinə, Qara dəniz limanlarına təsir göstərməyə, kənd təsərrüfatı və metallurgiya məhsullarının digər ölkələrə çatdırılmasına imkan verəcək",- deyə komandir müavini bildirib.

“Ukraynanın cənubuna nəzarət Dnestryanıya başqa çıxış yoludur, burada da rusdilli əhalinin sıxışdırılması faktları mövcuddur. Göründüyü kimi, biz indi bütün dünya ilə müharibə vəziyyətindəyik, Böyük Vətən Müharibəsi illərində olduğu kimi, bütün Avropa, bütün dünya bizə qarşı idi. İndi də belədir, onlar Rusiyanı heç vaxt bəyənməyiblər”,- deyə Müdafiə Nazirliyinin nümayəndəsi əlavə edib.

Minnekayev vurğulayıb ki, Rusiya ordusunun quruda, dənizdə və hava məkanında Ukrayna Silahlı Qüvvələri üzərində texniki üstünlüyü göz qabağındadır.

“Rusiya silahlı qüvvələri zərbə endirərkən heç bir itki vermir. Bu, ən çox Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin mənəviyyatını məhv edir. Rusiya ordusunun quruda, dənizdə və havada texniki üstünlüyü özünü büruzə verdi”,- deyən Minnekaev əlavə edib ki, “xüsusi əməliyyat” uğurla məntiqi nəticəyə çatdırılmalıdır. O, qarşıya qoyulan bütün vəzifələrin yerinə yetiriləcəyini bildirib.

"Bu müharibəni biz başlamamışıq, amma biz bitirəcəyik",- Minnekayev deyib.

Qadir, Bizimyol.info

P.S. Rusiyanın Ukraynaya təcavüzünün "xüsusi əməliyyat" deyil, açıq müharibə olduğunu artıq generallar da etiraf etməyə başlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »