Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həbsxanada Saakaşvilinin səhhəti ağırlaşıb
Həbsxanada Saakaşvilinin səhhəti ağırlaşıb

Həbsxanada olna Mixail Saakaşvilinin vəziyyəti pisləşib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova sosial şəbəkə səhifəsində məlumat verib.

"O, Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında həkimdən kömək istəyib. Onun nitq artikulyasiyası pozulub, ayaqları zəifləməyə başlayıb. Mixail demək olar ki, yemək yeyə bilmir. O, 12 kiloqram çəki itirib və özünü daim zəif və yuxusuz hiss edir”,- deyə o yazıb.

Denisovanın sözlərinə görə, Saakaşlinin cəza çəkdiyi müəssisəyə ötən ilin dekabrından həkimlər buraxılmır. Bu səbəbdən də Ombudsman dünya ictimaiyyətini Saakaşvilinin hüquqlarının pozulmasına reaksiya verməyə, Gürcüstan hakimiyyətini isə ona lazımi tibbi yardım göstərməyə çağırıb.

Xatırladaq ki, Saakaşvili 2021-ci il dekabrın 30-na keçən gecə Gürcüstanın Penitensiar Xidməti tərəfindən bir aydan artıq qaldığı Qoridəki hərbi hospitaldan Rustavidəki istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, 2021-ci il sentyabrın 29-na keçən gecə Gürcüstanda iki dəfə məhkum olunmuş Saakaşvili gizli şəkildə bərə ilə Gürcüstana üzərək Poti limanından süd məhsulları olan yük maşınında yola düşüb. Siyasətçi iki gündən sonra Tbilisidəki şəxsi mənzilində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

İndi keçmiş prezident həm də Gürcüstanda cinayət hesab edilən sərhədi qanunsuz keçməkdə ittiham olunur.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »