Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ şirkəti Rusiyanın hücumunu dəf edib: "Daha güclü hücum gözləyirdik"
ABŞ şirkəti Rusiyanın hücumunu dəf edib: "Daha güclü hücum gözləyirdik"

Rusiya elektron müharibə (EW) vasitəsi ilə Starlink peyk rabitə terminallarının fəaliyyətini əngəlləməyə çalışıb. Amma İlon Maskın “SpaceX" kosmik şirkətinin işçiləri proqram təminatını yeniləyən kimi avadanlıq müdaxiləsiz yenidən işə başlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Breaking Defence” "SpaceX" şirkətinin rəhbərliyinə və ABŞ Müdafiə Nazirliyinin satınalma departamentinin elektron müharibə departamentinin direktoru Deyv Tremperə istinadən yazıb.

Elon Mask İlon Mask

Martın 25-də İlon Mask elan edib ki, onun peyklərinin bürcləri Ukrayna üçün siqnalı "sındırmaq və sıxışdırmaq üçün bütün cəhdlərə tab gətirə bilib”.

Tremper vurğulayıb ki, Pentaqonun elektron döyüş bölmələri yeni təhdidlərə cavab vermək effektivliyi baxımından "SpaceX"-dən nümunə götürməlidir. "Mətbuat Rusiyanın siqnalları bağlama cəhdlərindən yazdıqdan bir gün sonra “Starlink”-ə kod xətti əlavə edildi. Və bununla da Rusiyanın hücumu effektivliyini itirdi. Elektron müharibə texnoloqunun nöqteyi-nəzərindən, bu, fantastik nəticədir. Eyni dinamik imkanlara sahib olmalıyıq”,- deyə C4ISRNET konfransında Müdafiə Naziri Ofisinin “elektron müharibə” direktoru deyib.

Tremperin sözlərinə görə, Pentaqon Rusiyadan “daha güclü” elektron müharibə gözləyirdi. Bununla belə, o qeyd edib ki, Rusiyanın Ukraynada kommunikasiyaları boğmaq cəhdinin uğursuzluğu “Rusiyanın bütün səylərinin iflasa uğraması demək deyil”.

ABŞ ordusunun briqada generalı Ted Klark isə bildirib ki, Pentaqonun yeni elektron müharibə avadanlığının yaradılmasına gəldikdə isə "daha innovativ düşünmək lazımdır". Onun sözlərinə görə, köhnəlmiş sistemlərin təkmilləşdirilmiş versiyalarını almaq kifayət deyil. Birləşmiş Ştatlar daha çox küy toxunulmazlığı və sürəti təmin edəcək yeni sistemlər və xüsusi kadrlar hazırlamalıdır. Klarkın sözlərinə görə, müasir müharibə getdikcə daha çox elektromaqnit müharibəsini əhatə edəcək.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »