Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ məxsusi olaraq Ukrayna üçün dronlar istehsal edib
ABŞ məxsusi olaraq Ukrayna üçün dronlar istehsal edib

Ukraynaya gətiriləcək “Phoenix Ghost” pilotsuz təyyarələri xüsusi olaraq Ukrayna ordusunun tələbləri üçün hazırlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni pilotsuz təyyarələr “Switchblade” dronlarına bənzəyirlər.

"Ukraynalı nümayəndələrlə onların tələbləri ilə bağlı söhbətlər zamanı belə qənaətə gəldik ki, bu xüsusi sistem xüsusilə Ukraynanın şərqində onların ehtiyaclarına çox uyğundur",- deyə o bildiirb.

Xatrıladaq ki, “Phoenix Ghost” adlı pilotsuz uçan aparat sisteminin hazırlanması hələ Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl başlamışdı.

Kirbinin sözlərinə görə, hazırda bu sistemin Ukrayna ordusunun ehtiyaclarını daha yaxşı ödəmək üçün yekunlaşdırılması planlaşdırılır. Pentaqon sözçüsü həmçinin qeyd edib ki, dronları idarə etmək üçün minimum təlim tələb olunur.

“Yeni pilotsuz təyyarələr ABŞ-ın artıq Ukraynaya təqdim etdiyi "Switchblade" kamikadze dronları ilə oxşarlıqlara malikdir, lakin onlar fərqlidir”,- deyən Kirbi bu fərqi açıqlamayıb.

Qeyd edək ki, aprelin 21-də ABŞ prezidenti Co Bayden Ukraynaya daha 800 milyon dollarlıq hərbi yardım ayırdığını açıqlayıb. Bayden bildirib ki, yeni tədarüklərə ağır silahlar, onlarla haubitsa, taktiki pilotsuz təyyarələr və 144.000 döyüş sursatı daxil olacaq. Beləliklə, ABŞ-ın Ukraynaya hərbi yardımının məbləği 3,2 milyard dollara çatacaq.

Eyni məbləğdə olan əvvəlki paketə artilleriya mərmiləri, zirehli personal daşıyıcıları və helikopterlər daxil idi. Kirbi bildirib ki, yeni tədarüklər çərçivəsində ABŞ Ukraynaya 72 haubitsa və 121 "Phoenix Ghost" taktiki pilotsuz uçan aparatı da göndərəcək.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »