Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İndi Ukraynanın Rusiyadan daha çox tankı var" - ABŞ rəsmisi
"İndi Ukraynanın Rusiyadan daha çox tankı var" - ABŞ rəsmisi

"İndi Ukraynanın Rusiyadan daha çox tankı var. Ukraynalıların şübhəsiz ki, bu tanklardan istifadə etmək hüququ var".

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" qəzetinə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi danışıb. Onun sözlərinə görə, Avropadan gətirilən T-72 tankları hazırda vəziyyəti Ukraynanın xeyrinə dəyişib. Qeyd olunur ki, tankların müqayisəli sayı müharibədə həlledici amil deyil. Amma Ukraynanın üstünlüyü onu deməyə əsas verir ki, müttəfiqlər Ukrayna silahlı qüvvələrinə Rusiyanın işğalınına qarşı dayana bilmək üçün resursları birləşdirir.

Ukrayna və Rusiyanın neçə tankı var idi?

Pentaqondan tankların dəqiq sayı barədə məlumat verilmir. Amma BBC-nin məlumatına görə, tərəflərdə ilkin olaraq neçə tank olması ilə bağlı fərqli məlumatlar var. Məsələn, müharibə başlamazdan əvvəl Rusiya qoşunlarının ümumi sayının 120 batalyon qrupu həcmində olduğu deyilirdi.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, hər bir belə qrupa bir və ya iki tank rotası daxildir. Hər rotada 10 tank olduğu deyilir ki, bu da işğaldan əvvəl 1200-1400 tank edir. Müxtəlif mənbələr Rusiyadakı tankların ümumi sayının 10 min çox olduğunu iddia edir.

Müharibədən əvvəl Ukraynadakı tankların sayı isə, 800-2600 idi. Aprelin 21-də Rusiya Müdafiə Nazirliyi “xüsusi əməliyyat” başlayandan bəri Ukrayna ordusunun 2422 “tank və zirehli texnika” itirdiyini açıqlayıb.

Ukrayna Baş Qərargahının məlumatına görə isə, aprelin 21-də Rusiya qoşunları 829 tank və 2118 zirehli döyüş maşını itirib. Yeri gəlmişkən, internetdəki foto və videolardan Ukraynadakı müharibədə zamanı itkilər haqqında məlumat toplayan “Oryx” portalının analitiklərinə görə, Rusiya fevralın 24-dən bəri 531 tank, Ukrayna - 134 tank itirib.

“Politico” nəşrinin məlumatına görə, Pentaqon Ukraynaya hərbi yardımla bağlı məlumatlara aydınlıq gətirib. Belə ki, ABŞ prezidenti Co Baydenin aprelin 21-də açıqladığı yeni yardım paketinə onlarla M777 haubitsasının daxil ediləcəyi məlum olub. Ukrayna bu paket yardımı həftənin sonunda almağa başlayacaq.

Tərcümə: İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »