Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaporojyedə qəzaya uğrayan "An-26" təyyarəsi barədə ilkin məlumat açıqlanıb
Zaporojyedə qəzaya uğrayan "An-26" təyyarəsi barədə ilkin məlumat açıqlanıb

Bu gün Zaporojye vilayətində texniki uçuş zamanı qəzaya uğrayan "An-26" hərbi-nəqliyyat təyyarəsinin Ukraynaya məxsus olduğu ehtimal edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının yenilənmiş məlumatında deyilir.

Hadisə aprelin 22-də saat 9:00-da Mixaylovka ərazisində baş verib. Hələlik bir ölü və iki yaralının olduğu məlumdur. Ekipajın sayı və təyyarənin düşmə səbəbləri araşdırılır.

İlkin və hələlik təsdiqlənməmiş məlumata görə, təyyarənin elektrik dirəyinə çırpılması mühərrikin alışmasına səbəb olub.

Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidməti və aidiyyəti qurumlar işləyir. Milli telemarafonun efirində deputat Fyodor Venislavski bildirib ki, qəzaya uğradığı günan edilən mülki yük təyyarəsi olub.

"Bu, Silahlı Qüvvələrə heç bir aidiyyəti olmayan mülki təyyarədir. Bu, mülki təyyarələri vuran Rusiya Federasiyasının növbəti hərbi cinayətidir. Bu təyyarənin texniki uçuşunu həyata keçirən aviaşirkətin hərbi əməliyyatlarla heç bir əlaqəsi yoxdur. Ona görə də Rusiya Federasiyasının daha bir hərbi cinayət törətdiyi məlum olub", - deyə deputat bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »