Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Vətən müharibəsi çiynimizə önəmli məsuliyyət qoyub” – Şəhid xanımları üçün layihə onun təzahürüdür
“Vətən müharibəsi çiynimizə önəmli məsuliyyət qoyub” – Şəhid xanımları üçün layihə onun təzahürüdür

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi yekunlaşmaq üzrədir.

Birliyin sədri və layihənin rəhbəri Sevinc Fədainin verdiyi məlumata görə, icra müddəti 3 ay olan və Bakıda keçirilən layihənin əsas məqsədi şəhid xanımlarının həyata baxışını müsbətə yönəltmək, psixoloji dözüm və təhsil səviyyəsini yüksəltməklə sağlam və möhkəm duruşunu təmin etməkdir: “Bununla həm də xanımların sosial həyata adaptasiyalarını asanlaşdırmaq, ictimai aktivliyinə nail olmaq niyyətindəyik. Birliyimiz layihə iştirakçılarını cəmiyyətə örnək və mübariz qəhrəman xanımları kimi təqdim etməyi, onların həyatın ağır sınağı qarşısında yalnız olmadığını göstərməyi qarşıya məqsəd qoyub. Məqsədə çatmaq üçün "Yol varsa, ümid də var” adlı psixoloji təlim proqramı və əmək bazarının tələblərini nəzərə alaraq, Ofis Proqramları üzrə kompüter kursları təşkil etdik. Eyni zamanda, “Sən şəhid xanımısan” adlı sosial çarx çəkdik.

Layihədən gözlənilən nəticə şəhid xanımlarına həyata bağlılığın aşılanması və onların çətinliklərə qalib gələ bilməsi, təhsil imkanlarından faydalanaraq ölkənin sosial, ictimai, iqtisadi sahələrində yer almalarıdır. Layihə aprel ayının sonunda başa çatacaq və şəhid xanımlarına sertifikatlar təqdim olunacaq. Artıq bir neçə xanım üçün potensial iş imkanları var ki, bunun üçün onlardan məhz kmpüter bilik və bacarıqları tələb olunur. Bu məqamda layihənin əhəmiyyət və faydası bir daha ortaya çıxır. Ən əsası, biz bu layihə ilə xanımların sosiallaşmasına, eləcə də cəmiyyətin müəyyən naqis yanaşmalarına əsasən, özlərinə qoyduqları sərhədləri birgə aşa və həyatlarına pozitiv baxış aşılaya bildik. Biz şəhid xanımlarının arxasında yox, yanında olduğumuzu, şərəf hissiylə bərabər yürüdüyümüzü göstərmək istəyirdik. Hazırkı və xanımlarla birgə gələcək fəaliyyətimiz biz hədəfimizə çatdığımızın bariz göstəricisi olacaq.

44 günlük Vətən müharibəsi və qazanılan Zəfər bizim qarşımıza ciddi məqsəd, çiynimizə önəmli məsuliyyət qoyub. Vətəndaş cəmiyyəti institutu olaraq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışırıq. Biz bunu şəhid əmanətləri – qəhrəman xanımların özləri ilə birgə gələcəyik”.

SHEHID AILELERI (1)

Layihədə iştirak edən psixoloq, təlimçi, NLP master Rübabə Mərdanova isə bildirib ki, bu layihə indiyə qədər təlimçi olduğu digər bütün layihələrdən fərqlənirdi: "Psixoloq olaraq həmişə insanların ağrılı tərəflərini dinləməli olmuşam. Bu dəfə isə bu ağrıyla yanaşı bir məğrurluq, bir qəhrəmanlıq hekayəsi də vardı. Şəhidlərimizin şücaətini, onların necə bir həyat yaşadıqlarını onlara ən yaxın olan insanlardan, həyat yoldaşlarından eşitmək hər birimizə fərqli hisslər yaşatdı.

Layihə müddətində keçirilən hər bir qrup terapiyası sistemli şəkildə qurulmuşdu. Məqsədimiz iştirakçıların travmalarına ehtiyatla toxunmaq, onları yaralamadan addım-addım yeni həyata, gələcəyə bağlamaq idi. Hər görüşümüzdə onlara heç bir tövsiyə, məsləhət vermədən hadisələrə münasibətlərini öyrənib, lazım olan suallarla fərqindəliyi artıraraq, şüuru genişləndirməyə çalışdım. Düşüncələrini çeşidləməklə problem mərkəzli deyil, həll mərkəzli düşünmələrinə çalışdım və buna nail ola bildim. Hər dəfə fərdi söhbətlərlə yanaşı fərdi və qrup şəklində psixoterapevtik texnikalardan istifadə etdim”.

2 aylıq kompüter kursunu tədris edən təlimçi Məhəmməd Babayev də layihənin gedişatı barədə fikirlərini bölüşüb: “Təlim müddətində şəhid xanımları ilə ofis proqramlarını öyrəndik. Bu ofis proqramları paketinə “windows, world excell və power point” daxildir. “Windows” əməliyyat sistemində biz xanımlara ilk öncə kompüterin idarə olunması, yandırılması, söndürülməsi, qovluqların yaradılması, koda qoyulması, silinməsi, işarəsinin dəyişdirilməsi, eyni zamanda qovluqların fləş karta köçürülməsini öyrətdik. Bundan əlavə, kompüterin vacib hissələri olan tapşırıqlar paneli, idarəetmə paneli üzərində iş gedir. Bunlar içində kompüterin dilinin dəyişdirilməsi, koda qoyulması, yeni dilin əlavə olunması, dilin və tarixin dəyişdirilməsi var. Həmçinin, “word” yazı proqramı keçdik ki, biz bununla düzgün yazı formalarını, ərizə və aktların tərtib olunması, cədvəllərin qurulması və redaktə olunması, dizayn olunması, rənglənməsi, hazır sənədlərin redaktəsi, sənədlərin çap olunmasını öyrəndik. Həmçinin “excel”l hesablama proqramı ilə xanımlar sadə hesablamaların, faizlərin tapılması, funksiyalarla iş cədvəllərinin qurulması, çap olunması, maaşın tapılması, ödənişli məzuniyyət haqlarının hesablanması, bazanın yığılması, anbarın hesablanmasını öyrənmiş oldu. Daha sonra “power point” təqdimat proqramı ilə biz müəyyən slayd açıb, təqdimatlar hazırlamağı öyrənirik. Bura yeni səhifələr yaratmaq, səhifələrə animasyalar vermək, eyni zamanda obyektlərə animasyalar vermək, səhifələr arası slaydarası keçidlər və s. aiddir”.

Ümumilikdə bu məqsəd və məramını, şəhid xanımlarının cəmiyyətə qazandırılması hədəfini çox bəyəndim. Onların həyata, eləcə də sosial həyata adaptasiyası üçün çox böyük və çox gözəl addımlar atılır. Mən Jalal-İ Tədris Mərkəzinin müəllimi olaraq bu gözəl işdə yer aldığım üçün çox şanslıyam”.

Qeyd edək ki, layihəyə 15-dən çox şəhid xanımı qoşulub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Rəşad Abdullayevin, Xüsusi Təyinatlı Qüvvələrin Zabiti, şəhid kapitan Elçin İsmayılovun, şəhid mayor Emin Süleymanovun, şəhid polkovnik-leytenant Mehman Şirvanovun, şəhid leytenant Ayaz İmanzadə, şəhid, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı Mirzə Axundovun, şəhid mayor Sənan Zamanovun, şəhid Xəqani Əskərovun, xüsusi təyinatlı şəhid Tural Qurbanovun, İbrahim Hüseynlinin, Həsən Həsənovun, və digər Vətən Müharibəsi şəhidlərinin xanımları var.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »