Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həvəslə yediyimiz "qatil": Çipslər qocalma prosesini sürətləndirir
Həvəslə yediyimiz "qatil": Çipslər qocalma prosesini sürətləndirir

Yorğun iş günündən sonra televizor qarşısına keçib, bir paket çipslə hansısa filmdən zöv qalmağa və istirahət etməyə çalışırsınız. Çipsin dadı filmin keyfinə bir az da zövq qatır. İştahınız kəsilməsi və susuzluq hiss edirsiniz... Amma yenə çips istəyirsiniz.. Əslində istirahətimizə zövq qatan, dadı ilə bizi özünə cəlb edən çipslər sağlamlıq üçün olduqca zərərlidir.

Tərkibində yağ, karbohidrat,natrium və böyük kaloriyə sahib olan çipslərin zərərli olduğunu bilsək də, marketlərdə xüsusi rəflərə düzülmüş bu məhsullardan imtina edə bilmirik. Bəzən çipslərin ruh halımıza da yaxşı təsir etdiyini düşünürük.

Mütəxəssislərin fikrincə, çipslər təkcə insanı kökəltmir, eyni zamanda müxtəlif xəstəliklərə səbəb olur. Çipslər insan dərisini vaxtından tez yaşlandırır.

Həkim terapevt Xatirə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, orqanizm artıq duzu neytrallaşdırmağa və çıxarmağa çalışarkən hüceyrələrdən daha çox maye çəkir. Nəticədə maye çatışmazlığı səbəbindən dəri daha quru olur: “Çipslər çox qızardıldığı üçün qocalma prosesini sürətləndirən və dərinin elastikliyini zəiflədən sərbəst radikalları buraxırlar. Bununla yanaşı, çipslərin tərkibində olan şəkər dərinin kollagenini zədələyir və qocalma prosesini sürətləndirir. Bir çox zərərli qidalar kimi çipslərinin tərkibində də diabet, insult və ürək-damar problemlərinə səbəb olan trans yağlar ola bilər. Bu qeyri-sağlam yağlar dərinizi günəşin ultrabənövşəyi şüaların zərərinə daha həssas edir”.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda çips istehsalı ilə bağlı məlumatı yoxdur. Azərbaycana çipslər xarici ölkələrdən gətirilir. Və bu məhsul arzuolunmaz qida hesab edilir. Onun sözlərinə görə, çipslər əsasən GMO qarğıdalı və kartofdan hazırlanır. Ekspert bildirir ki, çipslərin tərkibində insanlarda vərdiş yaradan və cəlb edən duzluluq komponentləri var: “Çipslər iştahı kəsən və müəyyən xəstəliklərə yol açan məhsuldur. Bizim üçün çipslər arzuolunmaz məhsul hesab edilir”.

Eyyub Hüseynov Eyyub Hüseynov

Araşdırmalara görə, tərkibinin 13 faizi yağ olan çipslərdən hər gün bir paket yeyən insanlar ildə 5 litr yağ içmiş hesab edilir. Mütəxəssislərin fikrincə, çipslər xərçəng, artıq çəki, şəkər, sonsuzluq və Parkinson xəstəliyinə səbəb ola bilər. Dünya bir çox təşkilatlar çipslərin zərərlərini araşdırıb, sübut etməyə çalışsa da, demək olar ki, bu araşdırmalara önəm verilmir.

Böyük Britaniya Ürək Sağlamlığı Vəqfinin araşdırmasına görə, 35 qramlıq çips paketində 2,5 çay qaşığı yağ istifadə edildiyi məlum olub. Çiplərdə yağla yanaşı duzun da çox olması təhlükəni böyüdür.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir insan gün ərzində ən çox 6 qram duz və 65 qram yağ qəbul edə bilər. Gündə iki paket çips yeyən isə, bu səviyyəni keçmiş olur. Artıq qəbul edilən yağ və duz isə, xolesterol, infarkt və iflic kimi xəstəliklərə yol aça bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »