Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın İranla sərhədində yanğın olub - Video
Azərbaycanın İranla sərhədində yanğın olub - Video

Beyləqan rayonu, İranla sərhəddə yerləşən Əhmədli kəndi ərazisində yanğın hadisəsi baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə FHN-in "112" qaynar telefon xəttinə vətəndaşlar məlumat verib.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının İran İslam Respublikası ilə sərhəd zolağı boyunca kol-kos və qamışlıq sahədə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti, o cümlədən xüsusi təyinatlı texnikaların tətbiqi sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin olunub.

Yanğın nəticəsində 50 ha sahədə qamışlıq və kol-kos yanıb.

Ərazidə olan sərhəd kommunikasiya xətləri yanğından mühafizə olunub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »