Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin İndoneziyada keçiriləcək "G20" sammitinə dəvət alıb
Putin İndoneziyada keçiriləcək "G20" sammitinə dəvət alıb

İndoneziyanın maliyyə naziri Mulyani İndravati bildirib ki, bütün "G20" ölkələrinin liderləri bu ilin sonunda keçiriləcək qeyri-rəsmi assosiasiya sammitinə dəvət olunublar.

Bizimyol.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Maliyyə naziri əlavə edib ki, sammitin təşkilatçıları, protokol qaydalara uyğun olaraq, dünya liderlərinə, o cümlədən Rusiya dövlətinin başçısına “xeyli müddət bundan əvvəl” həmin dəvətləri göndəriblər.

Qeyd edək ki, bu il "G20" sammitinə İndoneziya ev sahibliyi edəcək: "Biz qaydalara uyğun olaraq Vladimir Putini də dəvət etmişik", - deyə İndravati qeyd edib.

ABŞ prezidenti Co Bayden Rusiyanın "G20"dən çıxarılmasının tərəfdarı olduğunu bildirib. O qeyd edib ki, bu məsələ qrupa daxil olan ölkələrin liderləri tərəfindən müzakirə olunub, lakin hamı bununla razılaşmayıb.

Bundan əvvəl rusiya mətbuatı ABŞ-ın Rusiyanı "G20"dən kənarlaşdırmağının mümkünsüzlüyü ilə razılaşdığını bildirmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »