Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aretoviç Putinlə Şoyqu arasındakı söhbəti “deşifrə etdi” - Video
Aretoviç Putinlə Şoyqu arasındakı söhbəti “deşifrə etdi” - Video

Artıq Rusiyanın Mariupolu tutmaq təhlükəsi ortada qaldırılıb, çünki rus ordusunun oraya hücum etmək üçün kifayət qədər qüvvəsi yox idi.

Bizimyol.info xəbər verir ki, Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Rusiya prezidenti Vladimir Putinin söhbətini təhlil etdikdən sonra bu qənaətə gəlib.

Mark Feyqinlə söhbətində Aretoviç onların söhbətində Ukrayna üçün hansı üstünlüklər tapdığını söylədi. Bundan əvvəl Şoyqunun Mariupolun tutulması ilə bağlı Putinə yalan dediyi bildirilirdi.

Aleksey Arestoviç Aleksey Arestoviç

“Birincisi, onlar “Azovstal”ı ala bilməzlər. İkincisi, onlar başa düşürlər ki, “Azovstal”ı almaq vəzifəsini qoysalar belə, oraya ən vacib və qiymətli resursu – hücum piyadalarını qoyacaqlar. Onlar heç nəyi gözləmədən Mariupolun işğal edildiyini elan etdilər. Çünki qoşunların bir hissəsin başqa istiqamətə göndərmək məcburiyyətində qalıblar”, - Aretoviç bildirib.

"Onlar, axmaqlar, Mariupolun tutulduğunu elan etdilər. Amma Mariupolda döyüşlər davam edəcək və Ukrayna tərəfi üçün daha təsirli olacaq, çünki rus qoşunları azdır. Bu o deməkdir ki, Mariupolun süqutunun birbaşa təhlükəsi aradan qalxıb.

çünki ora hücum etmək üçün kifayət qədər qoşun yoxdur. Onlar Mariupolun tamailə ələ keçirildiyini elan etdilər, amma bütün dünya görəcək ki, orada döyüşlər gedir, onların hərçiləri ölür və ya əsir düşür. Bu neçə tam qələbə ola bilər?”,- deyə Aretoviç qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »