"Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın ticarət dövriyyəsinin inkişafını və məhsul tədarükünün logistikasını təmin edəcək.
"Report" xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Dağıstanın sosial-iqtisadi inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.
"Şimal-Cənub" nəqliyyat dəhlizi bu gün öz aktuallığını qazanır. Biz başa düşürük ki, sərhədlərin bağlanması və ticarət dövriyyəsini əvvəllər Qərb ölkələri ilə olan həcmdə təmin edə bilməmək bu dəhlizin əhəmiyyətini artırır”, - Novak bildirib.
Baş nazirin müavini vurğulayıb ki, bu marşrut Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək.
Qeyd edək ki, dəhliz Avropa və Cənub-şərqi Asiya arasında sürətli və daha sərfəli ticarət əlaqəsi yaratmaq məqsədi daşıyır.