BMT yenidən Mariupoldan humanitar dəhlizlər təşkil etməyə dair çağırış edib.
“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
“Biz geniş yayılan bəyanatı (Mariupoldakı vəziyyətlə bağlı – red.) eşitdik. Hər iki ölkənin hakimiyyət orqanları ilə humanitar fasilə yaradılması üzrə əlaqədəyik. Biz yalnız yenidən humanitar dəhlizlərin açılmasına çağıra bilərik”, - o deyib.
S.Düjarrik, həmçinin qeyd edib ki, BMT-nin baş katibliyində təşkilat rəhbərinin Moskva və Kiyevə mümkün səfərləri ilə bağlı yeni məlumat yoxdur.
Xatırladaq ki, daha əvvəl A.Quterriş Rusiya və Ukraynanın BMT-dəki daimi nümayəndəliklərinə məktublar göndərərək hər iki ölkənin prezidentinin onu paytaxtlarında qəbul etməsini istəmişdi.