Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon: "Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildir"
Pentaqon: "Ukraynaya yeni yardım paketinə 72 haubitsa və 121 PUA daxildir"

ABŞ-ın Ukraynaya göndərəcəyi 800 milyon dollarlıq yeni hərbi yardım paketinə daxil olan silah və texnikalar açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı bəyanatında deyilir.

“Bu paketdəki silahlara 72 ədəd 155 mm-lik haubitsa və 144 min artilleriya mərmisi, 155 mm-lik haubitsalar üçün 72 ədəd yedək maşını, 121-dən çox “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi, sahə avadanlığı və ehtiyat hissələri daxildir”, - bəyanatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni 800 milyon dollarlıq hərbi yardım paketini elan edib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »