Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya "S-400" və "İsgəndər"lərlə məşğul olan elmi tədqiqat institutu yanıb - Video
Rusiya "S-400" və "İsgəndər"lərlə məşğul olan elmi tədqiqat institutu yanıb - Video

Rusiyanın Tver şəhərində Rusiya Federasiyası Aerokosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunun binası yanıb.

Bizimyol.info xəbər verir ki, son məlumata görə, yanğın nəticəsində beş nəfər ölüb, onlarla insan yaralanıb.

Tverin Afanasi Nikitin küçəsindəki binada yanğınla bağlı xəbər saat 11:08-də daxil olub. 1, 2, 3, 4, 72-ci yanğından mühafizə bölmələri, DSX-nin və DYP-nin növbətçi dəstələri yanğın yerinə yola salınıb.

Yerli ictimaiyyətin məlumatına görə, yanğın yerli vaxtla saat 23 radələrində baş verib. Bütün şəhəri tüstü bürüyüb və insanlar zəhərli tüstüdən evakuasiya oluna bilməyiblər - pəncərələrdən atılmalı olublar.

Olduqca güclü olan yanğına üçüncü mürəkkəblik dərəcəsi verildi. Hadisə yerində xilasedicilər və təcili yardım maşınları gəlib.

Yanğının baş verdiyi institut Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə və aerokosmik müdafiə üçün silah nəzəriyyəsinin inkişafı üzrə elmi mərkəzdir. Xüsusilə, onun mütəxəssisləri hava hücumundan müdafiə raket sistemlərinin inkişafı ilə məşğul olurdular. Burada həmçinin qeyd olunur ki, elmi tədqiqat institutu Ukrayna şəhərlərini yerlə-yeksan edən “İskəndər”in yaradılmasında iştirak edib.

Müdafiə Nazirliyinin elmi müəssisəsinin əməkdaşları təxliyə edilib. "Yanğının səbəbləri müəyyənləşdirilir", - qarnizon komandanlığından bildiriblər.

Mənbənin sözlərinə görə, yanğın elektrik şəbəkəsinin qəzalı işləməsi səbəbindən baş verə bilər. "İlkin məlumatlara görə, bina və naqillər köhnə olduğundan yanğına elektrik şəbəkəsinin qəzalı işləməsi səbəb olub", - mənbə bildirib.

Xatırladaq ki, dünən, aprelin 20-də bütün Tverskaya meydanı boyunca işğalçıların paytaxtında qara tüstüyə bürünmüş nəhəng yanğın baş verdi.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »