Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada teleşou aparıcısı müharibəyə etiraz edib
Rusiyada teleşou aparıcısı müharibəyə etiraz edib

Rusiyada yayımlanan "Yüzdən birinə" verilişinin aparıcısı Aleksandr Qureviç Ukraynadakı müharibənin əleyhinə çıxış edərək bunu “faciə” adlandırıb.

Bizimyol.info xəbər verir ki, "Medialeaks"in məlumatına görə, belə bir şərh sosial şəbəkədə yer alıb. O, həmçinin “Rossiya-1” təbliğat kanalının efirində əyləncəli şounun yeni epizodlarının hələ də yayımlanmasına görə tamaşaçılardan üzr istəyib və onların fevralın 24-dən əvvəl çəkildiyini qeyd edib. Maraqlıdır ki, müharibə əleyhinə müraciətdən sonra redaktorlar bütün videoları telekanaldan yığışdırıblar, ona görə də indi şərhi oxumaq mümkün deyil.

Mesajda Qureviç Odessadan olan qohumlarından danışıb və qeyd edib ki, “böyük faciə fonunda” zarafat etməyi və əylənməyi əxlaqsızlıq hesab edir.

“Bizim ailənin də Ukrayna xalqına bağlı kökləri var. Qaynanam Odessada anadan olub və uzun müddət Xarkovda vilayətində Rymarskayada yaşayıb. Onun nənəsi isə Sumi yaxınlıqda doğulub. Qaynana iki ildir ki, bizimlə deyil. O, bugünkü xəbər bülletenlərinə necə qulaq asardı?  Qayınanam bu günə qədər yaşasaydı və çox qoca bir insan olsaydı, özündə güc tapardı: “Bu müharibə dayandırılmalıdır! Müharibəyə yox!" deyərdi. Amma o dəhşətli müharibədən sağ çıxan valideynlərimiz artıq yoxdur. Bu sözləri ona görə deyirəm. Bu mənim sözlərimdir: Bu müharibə dayandırılmalıdır!”, - deyə Qureviçin adından verilən bəyanatda qeyd edilir.

Teleaparıcı Rusiya vətəndaşlarını Ukraynadakı müharibəyə məhəl qoymadıqlarına görə tənqid edib və onun kimi “Sto k odnomu” verilişini indiki vaxtda yersiz hesab edən pərəstişkarlarından üzr istəyib.

“Mən nə baş verdiyini fərq etmədən nəhəng faciənin fonunda əylənməyi və zarafat etməyi tamamilə qeyri-mümkün hesab edirəm. Düşünürəm ki, proqramımızın qonaqları, oyun iştirakçıları arasında bu gün özünü başqa cür hiss edənlər, bəlkə də bizim əyləncə proqramına qatılmaqdan imtina edənlər var”,- deyə yazıb.

Şoumen əmin etdi ki, “Rossiya-1”də nümayişi davam edən bütün verilişlər əvvəlcədən qeydə alınıb və indi o, çəkilişlərdə iştirak etmir.

Mərmi partlayışları, insan tələfatı, evləri tərk edən və gülləbaranlardan qaçan insanlar... Bu günlərdə mənim kimi proqramımızın əyləncəsi tamamilə yersiz görünən hər kəsdən üzr istəyirəm”,- deyə sənətçi əlavə edib.

Qeyd edək ki "Yüzdən birinə" proqramı 1998-ci ildə "Rusiya 1"-də görünməyə başlayıb, bütün bu müddət ərzində Qureviç aparıcılıq edib. “Exo Moskvı”nın keçmiş baş redaktoru Venediktov bildirib ki, Qureviç telekanaldan istefa verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »