Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna hərbçiləri Rusiya təyyarəsini vurublar - Video
Ukrayna hərbçiləri Rusiya təyyarəsini vurublar - Video

İzyum istiqamətində Ukrayna əsgərləri düşmən təyyarəsini vurublar. İşğalçı ordunun iki pilotu sonanda paraşütlə atılaraq xilas olublar. İndi işğalçılar pilotları axtarırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə “Sonuncu keçid məntəqəsi” Telegram kanalı məlumat yayıb.

"Ukrayna Silahlı Qüvvələri İzyum istiqamətində təyyarəni vurub. İki işğalçı oradan çıxarılıb, onların sonrakı taleyi məlum deyil", - məlumatda deyilir.

Kanalda işğalçıların necə eniş etdiyini görə biləcəyiniz qısa video da yayımlanıb.

Videoda operatorun belə dediyi eşidilir: "Vuruldu! Vuruldu! Yanan! Nə gözəldir!", - deyə videoçəkiliş exdənlərin sevic sədaları edşidilir. Videoda əvvəlcə göydə yanaraq düşən təyyarəni göstərir. Sonra o, təyyarədən əlavə daha iki “nöqtə”ni - işğalçıların iki paraşütünü görünür.

Ukrayna müdafiəçiləri onlara atəş açaraq əldə etməyə çalışsalar da, bu cəhdlərin uğurlu olub-olmadığı hələlik məlum deyil.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibədə 21 min insan itirdiyini, 829 tank və 172 təyyarənin məhv edildiyini bildirilir. Bu məlumatlar aprelin 21-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında açıqlanıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »