Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya nümayəndəsi çıxışa başlayan kimi hamı iclası tərk etdi
Rusiya nümayəndəsi çıxışa başlayan kimi hamı iclası tərk etdi

G20 toplantısında bir çox ölkənin maliyyə nazirləri, Rusiya nümayəndəsi hesabata başlayarkən Ukraynada başladığı müharibəyə görə Rusiyaya açıq şəkildə etiraz edərək iclas zalını tərk ediblər.

Bizimyol.info xəbər verir ki, demarş Vaşinqtonda G20-nin qapalı iclasında baş tutub. Belə ki, bu barədə Kanadanın maliyyə naziri Kristiya Friland “Twitter”-də məlumat verib.

"Dünyanın demokratik ölkələri Rusiyanın davam edən təcavüzü və müharibə cinayətləri qarşısında susmayacaq. Bu gün Kanada və bir sıra demokratik tərəfdaşlarımız Rusiyanın hesabatı zamanı G20-nin plenar iclasından çıxdılar",- deyə nazir qeyd edib.

Frilandın sözlərinə görə, bu həftə Vaşinqtonda keçirilən görüşlər qlobal iqtisadiyyata dəstəkdən bəhs edir. Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsi isə, qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaradır. Nazir əlavə edib ki, Rusiya G20-nin bu görüşlərində iştirak etməməli və ya daxil edilməməlidir.

Qeyd edək ki, nazir iclası tərk edən həmkarları ilə fotosunu da paylaşıb. Belə ki, onların arasında ABŞ-ın maliyyə naziri Canet Yellen, ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauel və Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard da var. Sessiyada dəvətli qonaq qismində Ukrayna rəsmiləri də çıxış ediblər. Digər ölkələrin adları çəkilən nüfuzlu şəxsləri, Rusiya Federasiyasının təqdimatı zamanı Rusiyanın maliyyə naziri Anton Siluanov videobağlantı vasitəsilə çıxışına başlayan kimi hamısı iclası tərk edib. Məsələ ilə bağlı  CNN-ə şərh verən rəsmilərdən biri etiraf edib ki, nazirlər Rusiyanın iclasda iştirakını boykot etmək barədə əvvəlcədən razılaşıblar.

Xatırladaq ki, ABŞ və Qərb müttəfiqləri Ukraynaya qarşı müharibəyə görə Rusiya Federasiyasını G20-dən yollar axtarır. İqtisadiyyatı ən inkişaf etmiş ölkələr klubunun bir çox nümayəndələri Rusiya Federasiyasının iclaslarda iştirakının Avropa dövlətləri üçün problem yaradacağını düşünür.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »