Rusiyanın ən böyük özəl neft şirkəti olan "Lukoyl"un həmsahibi, prezidenti və təsisçisi Vahid Ələkbərov tutduğu vəzifədən, həmçinin direktorlar şurasından istefa vermək qərarına gəlib.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Ələkbərov Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.
"Bu gün şirkətin direktorlar şurasının sədrinə müvafiq istefalar göndərilib”, - deyə “Lukoyl”dan bildiriblər. Şirkət qeyd edib ki, Ələkbərov nəzarət paketinin sahibi deyil, o, birbaşa səhmlərin cəmi 3,12%-nə, həmçinin səsvermə hüququ olmayan fondlar vasitəsilə 5,43%-ə sahibdir.
Qadir, Bizimyol.info