Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya rəsmən defolt elan olunacaq və bütün aktivlərinə həbs qoyulacaq
Rusiya rəsmən defolt elan olunacaq və bütün aktivlərinə həbs qoyulacaq

Mayın 4-də Rusiya defolt olacaq. Ölkə, “JPMorgan Chase & Co”-dan sonra yavaş-yavaş buna doğru irəliləyir. ABŞ Maliyyə Nazirliyinin əmri ilə Rusiya Federasiyasının həbs edilmiş ehtiyatlarından borcların ödənilməsi dayandırılıb. Hazırda Rusiya hakimiyyəti alternativ tapmağa çalışır.

Bizimyol.info "Bloomberg"-ə istinadla xəbər verir ki, Kredit Derivativləri Komitəsi rubl vasitəsilə ödənişin potensial defolt göstəricisi olduğunu bildirib. Bu isə Rusiyanın borc öhdəliklərindən imtina edə biləcəyi ilə bağlı artan konsensusa təkan verib.

Ölkə mayın 4-dən əvvəl ödəniş etsə, defoltun qarşısını ala bilər. Rusiya yerli qurumlar, eləcə də öz klirinq agenti vasitəsilə ödənişlərin istiqamətləndirilməsi üçün müxtəlif yolları araşdırır. Lakin bu səylərin uğurlu olub-olmamayacağı hələ də qaranlıq qalır. Xarici banklar və ödəmə agentləri Rusiya korporativ istiqrazları üzrə ödənişləri bloklayır.

Xatırladaq ki, Rusiya defoltdan qaçmaq üçün həll yolları tapmağa çalışır. Defolt elan edildikdən sonra bütün kreditorlar Rusiyadan borclarının qaytarılmasını tələb edəcəklər. Rusiya bu borvcları ödəməkdən imtina etdikdən sonra isə hamısı məhkəməyə müraciət edəcək. Bundan sonra Rusiya Federasiyasının xaricdəki bütün aktivlərinin həbsi və satışı proseduru başlayacaq.

Qeyd edək ki, Rusiyada texniki olaraq elan edilməsə də, defolt faktiki olaraq baş verib. Rusiya Federasiyası maliyyə nazirinin keçmiş müavini Sergey Aleksaşenkonun sözlərinə görə, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibə başladılmasına qərar verdikdən sonra onun üçün demək olar ki, bütün kapital bazarları bağlanıb.

Tərcümə: İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »