Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pierre-Olivier Gurinşa hesab edir ki, Rusiya iqtisadiyyatı yaxın illərdə bərpa olunmayacaq. Belə ki, ölkədə bu il ümümdaxili mıhsulun azalması 8,5 faiz, gələn il isə, 2,3 faiz ola bilər.
Bizimyol.info “Amerikanın Səsi”-nə istinadla bildirir ki, təxminlər mövcud sanksiyalara əsaslanır. Əgər bu sanksiyaların sayı artsa, Rusiyada vəziyyət daha da pis olacaq.
"Bu sanksiyaların Rusiya iqtisadiyyatına vurduğu zərbə artıq kifayət qədər əhəmiyyətlidir. Və biz Rusiya iqtisadiyyatının yenidən bərpa olunacağını gözləmirik",- deyən iqtisadçı bildirib. O, qeyd edib ki, Çin və Hindistan Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasa da, ikinci dərəcəli sanksiya təhlükəsi onların Rusiya ilə ticarətini dayandırır.
"Biz Çin şirkətlərinin ikinci dərəcəli sanksiyalardan qorxduğunu görürük. Çünki sanksiyalar altında olan kampaniyalarla iş görsəniz, özünüz də sanksiyalara məruz qala bilərsiniz", - deyə Qurinşa bildirib.
Xatırladaq ki, Rusiyanın mayın 4-də defolt olacağı gözlənilir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin əmri ilə Rusiya Federasiyasının həbs edilmiş ehtiyatlarından borcların ödənilməsi dayandırılıb. İndi Rusiya hakimiyyəti alternativ tapmağa çalışır. İflasa uğramaq ölkəni uzun müddət dünya kapital bazarında sərfəli borc götürmək imkanından məhrum edəcək. Belə olan halda, bu vəziyyət Rusiyanın Çin bankları kimi potensial kreditorlarını belə qorxuda bilər. Eyni zamanda hökumətin borclarını ödəməkdən imtina etməsi, defoltdan sonra kompensasiya tələbi ilə onilliklərlə davam edən məhkəmə çəkişmələrinin baş verməsinə səbəb ola bilər.
Tərcümə: İlahin, Bizimyol.info