Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz Ukraynaya hərbi yardımı yarıbayarı azaldıb
Şolz Ukraynaya hərbi yardımı yarıbayarı azaldıb

Almaniyanın Müdafiə Nazirliyi Ukraynanın təqdim etdiyi siyahıdan bütün ağır silahları çıxarıb, baxmayaraq ki, alman sənayesi qısa və ortamüddətli perspektivdə bir çox silahları çatdırmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna və Almaniya siyahıları olan "Bild" məlumat verib.

Ukraynanın Rusiya işğalçılarına qarşı döyüşmək üçün silahların verilməsi tələbi ilə təqdim etdiyi siyahıya bir sıra ağır silahlar daxildir: “Leopard” tankları, “Puma” və “Marder” zirehli transportyorları, “Bokser” və “Fuç” zirehli transportyorları.

Bundan əlavə, Ukrayna Almaniya hökumətini və alman sənayesini çoxsaylı reaktiv yaylım atəşi sistemlərinə, gəmi əleyhinə raketlərə, "Milan" - "Spike" tank əleyhinə raketlərə təcili ehtiyac olduğu barədə xəbərdar edib.

Hələ martın ortalarında Ukraynanın tələb etdiyi demək olar ki, bütün silahlar Almaniya sənayesi üçün təchizat siyahısında idi. Hətta müasir "Leopard 2" tanklarıda siyahıda göstərilirdi.

Nəşrin məlumatına görə, bundan sonra Müdafiə Nazirliyi Olaf Şolsun ofisinin tövsiyəsi ilə siyahının azaldılmasına başlayıb, nəticədə Almaniyanın hərbi sənayesindən Ukraynaya mümkün silah ixracının siyahısı 48-dən azaldılaraq 24 səhifəyə endirilib. Alman sənayesinin Ukraynaya satmaq istədiyi bütün ağır silahlar yoxa çıxıb. Ukraynanın silahla bağlı ilkin 15 sorğusundan yalnız üçü qalıb, bəzilərində isə ilkin tələblərə alternativ var.

Ukrayna üçün bütün “konsolidə edilmiş” alman silahlarının ümumi dəyəri cəmi 307 milyon avro təşkil edir, baxmayaraq ki, Almaniya hökuməti 1 milyard avro ayırdığını elan edib ki, bunun da böyük hissəsi Ukraynaya gedəcək.

Təhlükəsizlik məqsədilə çox geniş şəkildə tərtib edilmiş Almaniya silah ixracı siyahısına aşağıdakılar daxildir: nəqliyyat vasitələri, şəxsi avadanlıqlar, sensorlar, kəşfiyyat avadanlığı, döyüş sursatı, logistika, atıcı silahlar və Ukrayna üçün “sahə avadanlığı”.

Nəşr qeyd edib ki, Ukraynaya zirehli maşınlarına quraşdırmaq üçün yüksək texnologiyalı radarlar və uzaqdan idarə olunan döyüş modulları kimi müasir cihazların tədarükü planlaşdırılır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »