Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Elə edin ki, oraya milçək də uça bilməsin"
Putin: "Elə edin ki, oraya milçək də uça bilməsin"

Cümə axşamı Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşündə Mariupoldakı "Azovstal" sənaye zonasına hücumu lazımsız adlandırıb və onun dayandırılması barədə əmr verib.

Bizimyol.info xəbər verir ki, TASS-ın verdiyi məlumata görə, Prezident bu qərarı rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib.

"Mən indiki halda "Azovstal" sənaye zonasına hücumu məqsədəuyğun hesab etmirəm. Mən təcili olaraq bu hücumun ləğv edilməsini əmr edirəm", - deyə Putin bildirib.

Müdafiə naziri Şoyqu isə "oldu", - deyə cavab verib.

Putin "Azovstal"a hücumun ləğvini orada ola biləcək tələlərdən yayınmaqla rus hərbçilərinin həyatını xilas etmək mülahizələri ilə izah edib.

"Bu, o zamandır ki, biz düşünməliyik - yəni biz həmişə düşünməliyik, amma daha çox bu halda - əsgər və zabitlərimizin həyat və sağlamlığını qorumaq haqqında hər tərəfi düşünməliyik. Bu sənaye obyektləri boyunca katakombalara girib yerin altında sürünməyə ehtiyac yoxdur. Artıq ordu qoyulan tapşırığa əməl edib. İndi orada olanlar düşünsünlər. Müqavimət onların həyatını xilas etməyəcək”, - deyə dövlət başçısı bildirib.

"Bu sənaye zonasını elə qapadın ki, oraya milçək belə uça bilməsin. “Azovstal”ı tərk edəcək ukraynalı hərbçilərə Rusiyada rahat həyat və layiqli rəftarla təminat verir. Xilas olmaq istəyənlər silahı yerə qoyaraq Rusiya hərbçilərinin göstərişlərinə əməl etməlidirlər", - deyə Putin qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »