Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polisin intihar etməsinə cəmiyyətin reaksiyası adekvatdırmı?..
Polisin intihar etməsinə cəmiyyətin reaksiyası adekvatdırmı?..

Son zamanlar polisin iştirakı ilə baş verən cinayət hadisələri ilə qarşılaşırıq. Ötən il Nizami rayon polis əməkdaşı İsmayıl Məmmədovun həyat yoldaşını ğöldürməsi, ötən gün Xəzər rayonu Polis idarəsinin əməkdaşı Tural Aslanovun nişanlısını öldürdükdən sonra intihar etməsi bu sənətə qarşı fikirləri dəyişdirir.

“Polis etməməlidir”, “polis intihar edə bilməz”, “polis həyat yoldaşını öldürə bilməz”, “Polis də belə edəndən sonra…” və s. bu kimi fikirlərlə qarşılaşırıq. Nədənsə cəmiyyət polisi hər zaman daha fərqli mövqedə görür.

Psixoloq Ramin Hacıyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, müəyyən işlərdə və sahələrdə çalışan insanlar daim stress ilə üzləşmiş olurlar. Belə sahələrdə çalışan insanlar mütəmadi olaraq stres testindən keçməlidirlər. Bu stres testdən keçməklə mənəvi və psixoloji yükü öz üzərindən götürmüş olurlar.

Ramin Hacıyev Ramin Hacıyev

Son zamanlar polislərin cinayət hadisələrinə qarışmasına gəldikdə isə, psixoloq belə hesab edir ki, baş verənlər bir təsadüfdür. Onun fikrincə, belə hadisələr müxtəlif sahələrdə çalışan insanların da başına gələ bilər. Yəni həyat yoldaşını və nişanlısını öldürən müəllim, dizayner, sürücü və s. də ola bilər.

R.Hacıyev hesab edir ki, yaşanan hallar qadın-kişi münasibətlərində emosiyalar-qısqanclıq nəticəsində baş verir.

“Mən yaşanan hallara bəraət verib, normal və sıradan hal kimi qiymətləndirmirəm. Hər bir halda, cinayətdir. Sadəcə olaraq baş verən hadisələri hər hansı bir peşə ilə əlaqələndirməyin əleyhinəyəm”.

R.Hacıyev qeyd edir ki, əslində heç bir qadın və kişi sivil münasibətlər çərçivəsində zorakılıqla üzləşməməlidir.

Baş verən hadisələr ciddi psixo-emosional pozuntu nəticəsində atılan addım kimi qiymətləndirilməlidir.

Son hadisə polisin əvvəl nişanlısını öldürüb, sonra intihar etməsi hadisəsinə gəldikdə isə, ekspertin fikrincə, qətli törədən şəxs sağ olsaydı, cinayət işi zamanı, o dindirilərkən onun psixi durumunun diaqnostikası ilə məşğul olan mütəxəssislər və onların verdiyi rəyin olması da mütləq olacaqdı.

“Bu kimi halların baş verməməsi üçün insanlar vaxtaşırı özlərində daxili gərginlik, əsəbilik hiss edən zaman profilaktika və müalicə məqsədilə psixoloqla məsləhətləşməlidirlər. Belə hallarda psixoloji reablitasiya kursu keçmək çox önəmlidir” - deyə psixoloq qeyd edir.

Türk psixoloq Ayhan Akcan isə hesab edir ki, polislərin ailə həyatında, sevgi münasibətlərində daha çox problemləri olur. Çünki polislər işi səbəbi ilə daha şübhəçi və sorğulayıcı olurlar. Bununla yanaşı polsilər yaaşdıqları problemləri, ruhi sarsıntıları da heç kimlə bölüşə bilmirlər. Bu da onların işi ilə əlaqəlidir: “Ailə həyatında, münasibətlərində problem yaşayan və bunu heç kimlə paylaşa bilməyən polislər zamanlarını daha çox başqaları ilə iş yoldaşları, dostları ilə keçirməyə çalışmalı, psixoloqla məsləhətləşməlidirlər. Çünki işi səbəbilə ölümə daha yaxın olan polislər bəzən sevgilisindən, bəzən həyat yoldaşından, bəzən valideynlərində qisas almağa çalışa bilər. Çünki onlarda qisas hissi daha güclü olur. Hətta o qədər güclü olur ki, ölümü də gözə ala bilirlər”.

Polislərin işi səbəbi ilə ruhi sarsıntılar keçirməsi bir çox ölkələrdə baş verir. Belə ki,  2009-2013-cü illərdə Türkiyədə 2323 polis psixoloji xəstəliklər səbəbilə müalicə alıb. Türkiyədə orta ömür müddəti 73,8 il olduğu halda polislər daha tez 55 yaşlarında dünyasını dəyişir. 1996-2016-cı illərdə 650 hüquq-mühafizə orqanı əməkdaşı intihar edib. On ildə 650 polisin intihar etməsi kiçik rəqəm deyil. Polislik insanın ruh halına təsir edən bir sənətdir və bu sənət insanları tez yora bilir. Buna görə də, ölkədə polsin ehtiyac duyduğu psixoloji dəstək mexanizmi daha güclü olmalıdır.

Həyatını cinayətlər arasında keçirən, yalanlara, qətllərə, müxtəlif ağır, dəhşətli cinayətlərə şahid olan bir insanın ruh halı təbii ki, ən sonunda özünə və yaxınlarına ağır zərərlə bitir.

Bəzən bizim polislərdən daha çox gözləntilərimiz olur. “Polisdir, etməlidir, polisdir, güclüdür, polisdir, edə bilməyəcəyi bir iş yoxdur” deyə düşünürük. Bəzən onların işdən sonra sıradan insan və digərlərindən daha həssas olduğunu unuduruq . “Qanun keşikçisidir” deyib intihar və ya cinayətlər zamanı “polis də belə edəndən sonra” cümləsini istifadə edə bilirik. Ancaq statistika göstərir ki, polislər psixoloji baxımdan daha həssas təbəqədir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »