Rusiyanın müdafiə naziri Şoyqu Putinə Mariupolun alınması ilə bağlı hesabat verib.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı Ukrayna Hərbi Qoşunlarının qruplaşmasının, əcnəbi muzdluların sayı 8100 nəfərə yaxın olub.
Şoyqu həmçinin "Azovstal" ərazisində iki mindən çox yaraqlının blokadaya alındığını bildirib: "Rusiya Federasiyasının Silahlı Qüvvələri və Donbass respublikalarının Mariupoldakı bölmələri əhalinin müdafiəsi üçün bütün tədbirləri görüb", - deyə o, Putinə məruzə edib.
Müdafiə nazirinin sözlərinə görə, silahlıların müqavimətinə baxmayaraq, Mariupolda 142 mindən çox vətəndaş təxliyə edilib, limanda olan bütün girovlar azad edilib.
Şoyqu bildirib ki, yaraqlıların mühasirəyə alındığı "Azovstalda" işləri başa çatdırmaq üçün Rusiya Silahlı Qüvvələrinə üç-dörd gün lazımdır.
Onun sözlərinə görə, indi bütün Mariupol Rusiya Federasiyası Silahlı Qüvvələrinin və "LPR", "DXR"in nəzarəti altındadır, yaraqlılar “Azovstal” zavodunun ərazisində təhlükəsiz şəkildə mahasirədə saxlanılırlar.
Qadir, Bizimyol.info